ERMƏNİLƏR MƏĞLUBİYYƏTİN ANONSUNU VERDİ - Ordumuz Xocavənd istiqamətində irəliləyir

Baxış sayı:
1758

Qarabağdakı döyüşlərin 35-ci günü ilə bağlı maraqlı açıqlama yayıb. Musavat.com erməni mediasına istinadən bu barədə xəbər verir. Nazirliyin sözçüsü Artsrun Ovannisyan deyib ki, Azərbaycan ordusu cəbhənin mərkəzi istiqamətindəki mövqelərini qismən yaxşılaşdırıb. 

O deyib ki, bu gün səhərdən Azərbaycan ordusu bütün cəbhə boyunca hücum əməliyyatlarını davam etdirib: “Döyüşlərin intensivliyi çox böyük deyildi, ancaq düşmən aktiv şəkildə hücum edirdi”,-deyən A.Ovannisyan bildirib ki, xüsusilə də mərkəzi istiqamətdən düşmən erməni mövqelərnə böyük piyada qüvvələri, zirehli texnika və artilleriya ilə hücum edib. Ermənistan MN rəsmisi etiraf edib ki, hücum əməliyyatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri müəyyən mövqe dəyişiklikləri, uğurlar əldə etməyi bacarıb. Ovannisyan iddia edib ki, Azərbaycan ordusu Xocavəndi atəşə tutub.

O, hazırda döyüşlərin davam etdiyini, ancaq intensivliyin aşağı düşdüyünü də qeyd edib. 

Ermənistan təmsilçisinin bu açıqlaması Azərbaycan ordusunun növbəti böyük qələbəsinin anonsu da sayıla bilər. Adətən, düşmən ölkə erməni xalqında təşviş yaranmaması üçün Azərbaycan ordusunun uğurlarını ehtiyatlı şəkildə etiraf edir. 

Azərbaycan tərəfdən rəsmi açıqlamanı gözləyək!