Ermənilər KTMT-dən NİYƏ NARAZIDIRLAR

Baxış sayı:
412

Noyabrın 4-də İrəvanda keçirilən "KTMT-nin regional təhlükəsizliyin təmin edilməsində rolu" mövzusunda dəyirmi masa zamanı Rusiyanın Ermənistandakı səfiri Sergey Koprıkin bəyanat verib ki, KTMT-nin rolu və səmərəliliyi hər zaman həm KİV, həm də ekspertlərin diqqət mərkəzində olub və misal üçün, baş katibin seçilməsi kimi aktual və s. məsələlər daim diqqət mərkəzində saxlanılıb.
Muxalifet.az bu barədə lragir.am saytına istinadla xəbər verir.

Səfir qeyd edib ki, “təşkilat daxilində əməkdaşlıqla bağlı, o cümlədən ayrı-ayrı ölkələrin Azərbaycanla münasibətləri kontekstində suallar var”. 
Azərbaycanla əməkdaşlıq etdiyinə görə hansı ölkələrin problemlə üzləşdiyini güman etmək olur. Bu, ilk növbədə Azərbaycana müasir silah satan Rusiya və Belarusiyadır. Təbii ki, digər dövlətlə münaqişə vəziyyətində olduğuna görə Ermənistanda bununla bağlı suallar yarana bilər.
Digər tərəfdən, KTMT hərbi-siaysi ittifaq sayılır və üzvlərinin bir-birləri qarşısında öhdəlikləri var. Yoxsa hansı blokdan söhbət gedə bilər? Ancaq reallıq fərqlidir və “müəyyən ölkələr” bu kimi məsələlər yarandığına görə Ermənistanla incikdirlər. Yaşlı minatəmizləyən Vodiçka belə deyərdi: "Mən həyatda bu cür axmaq blok görməmişəm. Düzünü desəm, daha çox şey gözləyirdim.
Səfir Kopırkinin tərzi olduqca maraqlıdır. Vəzifəsinin icarsına başladıqdan sonra Ermənistanla münasibətlərdə “yumşaq güc”dən istifadə olunacağını bildirdi və dərhal bunu yerinə yetirməyə başladı. İndi iddia edir ki, KTMT-dəki əsas problem bəzi ölkələrin Azərbaycanla əməkdaşlıq etməsindən irəli gəlir. Sələflərindən fərqli olaraq, Kopırkin reallığı gizlətmədən danışır.
Muxalifet.az