Ermənilər İrəvanda Sarkisyanın İSTEFASINI BAYRAM EDİR

Baxış sayı:
2632

İrəvanın küçələrində on minlərlə adam Ermənistan Respublikasının baş naziri Serj Sarkisyanın istefasını bayram edir.
 
On minlərlə adam İrəvanda Respublika Meydanında toplaşıb. Bir az əvvəl isə, Sarkisyan hökümətinə etiraz edən və aprelin 22-də saxlanılan etiraz aksiyasına rəhbərlik edən parlamentin "Elk" fraksiyasının lideri Nikol Paşinyan azadlığa buraxılıb. Paşinyan, sərbəst buraxıldıqdan sonra Respublika Meydanına gəlib. Qeyd edək ki, Paşinyanın azadlığa buraxılmasından sonra saat 19-00-da Respublika Meydanında növbəti mitinq planlaşdırılırdı. Ancaq Sarkisyanın istefasından sonar buna ehtiyac qalmadığı üçün Respublika Meydanındakımitinq xalq gəzintisinə çevrildi.
Bütün Yerevanda insanlar avtomobilləri ilə təbrik siqnalları verirlər, mağazalardan kütləvi şəkildə şampanlar alırlar, küçələrdə əyləncəli əhval hökm sürür, hər kəs bir-birlərini təbrik edir.
Paşinyan müvəqqəti də olsa istirahət üçün etirazçılardan ayrılıb. Ancaq tezliklə meydanda xalqla bir arada olacağını bildirib.
"Siz qazandınız, Ermənistan Respublikasının qürur verici vətəndaşı. Heç kim bu zəfəri sizdən ala bilməz. Mən təbrik edirəm, qalib gələnləri təbrik edirəm ", deyə Paşinyan Facebook səhifəsində yazıb.
Müxalifət.az