Ermənilər hökumətə qarşı etiraza qalxdı: “Paşinyanı tələb edirik!”

Baxış sayı:
3109

Ermənistanda  “Spayka” kompaniyasının direktoru David Kazaryan həbs edilib. Onunla bağlı iki aylıq həbs qətimkan tədbirinin seçilməsi şirkətin işçilərinin etirazına səbəb olub.
 
Bununla bağlı erməni mediası xəbər verir. Məlumata görə, aksiyada kompaniyanın 500 işçisi iştirak edir. Hökumət binasının qarşısına toplaşan etirazçıların bir neçəsinin hətta direktorun həbsinə görə göz yaşı tökdükləri deyilir. Aksiya iştirakçıları bildiriblər ki, baş nazir Nikol Paşinyan onların yanına gəlməsə, ərazini təkr etməyəcəklər. Hökumət binası qarşısına toplaşanlar “Paşinyanı tələb edirik!” şüarlarını səsləndirirlər. Əraziyə çoxsaylı polis əməkdaşları cəlb olunub. Onlar hökumət binasını mühasirəyə alıblar və etirazçıların içəri keçməsinə imkan vermirlər.