"Ermənilrə hansı statusdan söhbət gedə bilər?” - "Bu vaxta kimi rədd olub, getməli idilər"

Baxış sayı:
1120

"İndi nə Rusiya o zamankı Rusiyadır, nə də ki Türkiyə o zamankı Türkiyədir”

"Qarabağ müharibəsinin anidən başlaması bizim üçün gözlənilməz deyildi. Azərbaycan xalqı 30 il dözdü və nəhayət ki, müharibə başladı. Çünki ermənilər azğınlaşmağa başladılar. Onlar heç bir atəşkəsə riayət etməmişdilər, indi də etmədilər. Azərbaycan illərdir buna dözürdü. Ermənilər gördülər ki, biz susuruq, azğınlaşıb, Tovuzu da atəşə tutdular. Ölkə başçımızın dediyi kimi, havadarları ermənilərin başını xarab etdi və Tovuz atəşə tutulduqdan sonra xalq artıq buna dözmədi".
Muxalifet.az xəbər verir ki, bu sözləri xalq şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əziz pressklub.az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Prezident ordumuzun gücünə, xalqın ona inamına tam əmin olduqdan sonra müharibənin başlanması əmrini verdi. Yəni bu müharibə gözlənilən idi.
Vahid Əziz daha sonra qeyd edib: "Rusiyanın böyük tarixçisi Veliçkov öz “Qafqaz” kitabında yazırdı ki, ermənilərin bir ərazidə məskunlaşması cəmi iki yüz il çəkir. Birinci əlli illlikdə çox rahat yaşayırlar, ikinci əlli illikdə qohumlaşmağa başlayırlar, üçüncü əlli illikdə qohum olduqları əhalinin maddi-mənəvi sərvətlərini oğurlamağa başlayırlar, dördüncü əlli illikdə müharibə edib, aradan çıxırlar. Onsuz da ermənilər bu vaxta kimi rədd olub, getməli idilər.
Ermənilərin burada yalnız bir məqsədi var, Rusiya ilə Türkiyəni bu müharibədə vuruşdursunlar. Amma onlar artıq unudublar ki, nə Rusiya o zamankı Rusiyadır, nə də ki Türkiyə o zamankı Türkiyədir. Rusiya ilə Türkiyə Suriyada bir-birinin gücünə bələd oldular. Rusiya və Türkiyənin liderləri ağıllı insanlardır.
Onlar artıq ermənilərin niyyətini başa düşüblər və bunların heç biri fitvaya getmir. Rusiya artıq əlini ermənilərin üstündən çəkib. Fransa prezidenti arada boş-boş danışdı, onu da başa saldılar. Artıq hamı yaxşı başa düşür ki, ermənilər təxribatçıdır.
Azərbaycan xalqı və dövləti ərazidə ikinci erməni dövlətinin yaranmasına imkan verməz. Onlar bunu Ermənistanda bir dəfə etdilər. Necə olur ki, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur. Amma Azərbaycanda otuz min erməni var. Biz ermənilərə demirik ki, çıxıb gedin burdan. Burada hansı statusdan söhbət gedə bilər? Azərbaycanda yaşayan ləzgilərin, talışların, avarların ayrıca ərazi statusu var? Qarabağda ermənilər yaşamaq istəyirlərsə, yaşasınlar. Onların xətrinə kim dəyəcək?"
V. Əziz hesab edir ki, hərbi əməliyyatlar davam etməlidir.
"Möhtərəm prezidentimizin dediyi kimi, əgər Ermənistan dövləti öz bandit dəstələrini Azərbaycan ərazisindən çıxarmaq vədi versə və bununla bağlı qrafik tədqim etsələr ki, bu tarixdə bu ərazilərdən, bu tarixdə digər ərazilərdən çıxacağıq, o zaman atəşkəs elan oluna bilər. Amma bunlar burdan atəşkəs istəyir, o biri tərəfdən Gəncəyə, Mingəçevirə, Ordubada bomba atırlar" - deyə xalq şairi vurğulayıb.