​ERMƏNİLƏR GÜRCÜSTANDA YOLU BAĞLADILAR - Etiraz aksiyası

Gürcüstanın Axalkalaki rayonunun Dadeş kəndində yaşayan 40 nəfərə yaxın erməni etiraz aksiyası keçirib.
Erməni KİV-ləri xəbər verir ki, onlar ötən gecə oğurlanmış mal-qaralarının tapılması tələbi ilə Kartsax-Axalkalaki avtomobil yolunu bağlayıblar.
Əraziyə polis əməkdaşları cəlb olunub. Bir neçə sakin danışıq aparmaq üçün polis bölməsinə gedib. Onlar oğurlanan heyvanları tapılmayacağı təqdirdə etirazlarını davam etdirəcəklərini bildiriblər./AzVision.az/