Ermənilər Füzulini TALAN EDİB: Kosmosdan çəkiliş
24-08-2019 10:28
Baxış sayı:
4060
"Azərkosmos” ASC təcavüzkar Ermənistan tərəfindən Füzuli rayonunda dağıdılmış Füzuli şəhərinin "Azersky” peyki vasitəsilə 2017-ci il iyulun 3-də əldə olunmuş təsvirini yayımlayıb.
Füzuli rayonunun ermənilər tərəfindən işğal olunmasından 26 il sonra yayımlanan görüntülərdə rayonun talan olunduğu açıq bəlli olur.
Məlumat üçün qeyd edək ki, Füzuli rayonunun ərazisində bir milyon il əvvələ aid qədim insanların yaşadığı mağaraların qalıqları yerləşir. Cənubi Qafqaz regionunda qazıntılar zamanı ən qədim metal tapıntılar məhz Füzuli rayonunda aşkar olunub. \\Qaynarinfo