ERMƏNİLƏR DİLQƏM VƏ ŞAHBAZI QAYTARMAĞA HAZIRDIR - Əvəzində iki əsir istəyirlər...

Baxış sayı:
10918

Ermənistan hökuməti Azərbaycan tərəfinin əsirlər mübadiləsi ilə bağlı təklifini müzakirə edir, cümə axşamı günü Yerevanda jurnalistlərə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan deyib.

"Mən şəxsən baş nazirlə danışmamışam, lakin məsələyə bələdik və bu müzakirə olunur. Məsələnin həssaslığını nəzərə alaraq, qərarımızı məsələnin həllinə yaxın olanda bəyan edərik", Karapetyan deyib.

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası sentyabrın 18-i dərc olunan bəyanatında Bakının Azərbaycanda əsirlikdə olan Ermənistan vətəndaşları Karen Ğazaryanı və Arayik Ğazaryanı Dağlıq Qarabağda məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişməyə hazir olduğunu bildirib.

Komissiya Azərbaycanın Ermənistanla əsirlərin mübadiləsinə hazır olduğunu, "aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu ildə rəsmi məlumat" verdiyini qeyd edib.

Əsirlərin mübadiləsi məsələsi ilə bağlı Ermənistan müdafiə naziri David Tonoyan da fikir bildirib.

Nazir sentyabrın 19-u Yerevanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdüyünü və ona rəsmən Azərbaycan tərəfinin təklifi təqdim etdirildiyini qeyd edib.

David TonoyanLivan müdafiə naziri ilə keçirdiyi birgə mətbuat konfransında Tononyan jurnalistlərə məsələnin müzakirə edildiyini, lakin daha ətraflı məlumat verməyə mane olan "müəyyən məqamlar"ın olduğunu deyib.

Nazirin özü Dilqəm Əsgərovla Şahbaz Quliyevin qaytarılmasını istisna etmir, lakin bunu "mübadilə" kimi deyil, humanitar akt kimi nəzərdən keçirməyə çağırdı.

"Mən heç nəyi istisna edə bilmərəm. Lakin qərar Stepanakertdə qəbul olunacaq. O ki qaldı iki Ermənistan, hərbçi yox, mülki vətəndaşlarına, onların qaytarılması mənim bilavasitə məsuliyyətimdir", - David Tonoyan deyib.

David Babayan

"Onlar Yerevanı bu işlərə çəkmək istəyirlər"

Məlumatlardan görünür, rəsmi Yerevan əsirləri dəyişmək məsələsini həll etmək niyyətində olsa da, bunu tanınmamış DQR-lə razılaşdırmalı olacaq.

Ermənistan müdafiə nazirinin bəyanatını şərh edən tanınmamış "DQR prezidentinin" mətbuat katibi David Babayan Azərbaycanın "iki diversantını iki Ermənistan vətəndaşı ilə dəyişmək" təklifilə "Stepanakertə yox, Yerevana" müraciət etdiyinə diqqət yetirməyi təklif edib.

"Bakı Stepanakertə yox, Yerevana müraciət etməklə Artsaxın mövcud olmadığını və Ermənistanı təcavüzkar göstərmək istəyir. Onlar Yerevanı bu işlərə çəkmək istəyirlər", Babayan Factinfo agentliyinə deyib.

Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə tanınmamış "DQR məhkəməsi" tərəfindən müvafiq olaraq, ömürlük və 22 il müddətinə məhkum ediliblər.

Onlar "sərhədi qeyri-qanuni keçməkdə, yeniyetmə oğlanı qətlə yetirməkdə, silah saxlamaq, casusluq, Ermənistan ordusunun zabitini öldürməkdə" ittiham olunur./BBC