Ermənilərə casusluqda günahlandırılan hərbçilərin valideynləri AKSİYA KEÇİRDİ

Baxış sayı:
3976

Aprelin 12-də dövlətə xəyanətdə günahlandırılaraq həbs olunan və işgəncələrə məruz qalan hərbiçilərin bir qrup valideyni Prezident Administrasiyası qarşısında aksiya keçirib. Aksiya iştirakçıları övladalrına verilən ittihamların məhkəmələrdə sübut olunmadığını bildirib. Onlar övladalrının istintaq dövründə işgəncə ilə öldürülməsinə düzgün hüquqi qiymət verilməsini tələb edib.

“Biz istəyirik ki, prezident və ya birinci vitse-prezidnet Mehriban Əliyeva bizi qəbul etsin. Biz istəyirik ki, cavab versinlər ki, hansı səbəbdən bizim balalarımızın günahı olmadığı halda 18-20 illik həbsə atıblar,” əlində oğlunun kürəyində çoxsayləı qançır izləri görünüın fotosunu nümayiş etdirən ana bildirib.

Dövlətə xəyanətdə günahlandırılan hərbçilərin valideynləri aksiya keçirib

Dövlətə xəyanətdə günahlandırılan hərbçilərin valideynləri aksiya keçirib

O oğlunun istintaq zamanı döyüldüyünü iddia edir.

“Oğlumu istintaq zamanı o qədər döymüşdülər ki, komada qalmışdı. Sonra hərbi hospitala yerləşdirdilər. Bundan sonra azad buraxdılar. Daha sonra yenidən həbs etdilər. Oğlumun günahı varsa sübut etsiinlər,” ana qeyd edib.

Digər valideyn deyib ki, onun övladının günahı olmadığı halda 16 il həbs veriblər.

“Oğlumu o qədər döyüblər ki, əsəb sistemi pozulub. Prezidentimdən xahiş edirəm, tələb edirəm ki, bu oğlanlar haqsız yerə həbs edilib. Günahkarlar azadlıqdadır, günahsızlar həbsdədir,” ana qeyd edib.

Altay Quliyev həbsdə olan Natiq Quluzadənin atasıdır.

“Mənim ailəm beş nəfərdən ibarətdir. Əgər istintaq oğlumun günahını sübut etsə, bütün ailə üzvlərimin cəzalandırılmasına razıyam,” o qeyd edib.

Valideynlər Ali Məhkəmənin aprelin 11-də kassasiya şikayətinə baxdığını və aşağı məhkəmənin hökmlərini qüvvədə saxladığını bildirib.

“Biz, valideynlər Ali Məhkəmədən qabaq hərbi prokurorun qəbulunda olduq. Hərbi prokuror dedi ki, Ali Məhkəmə açıq olacaq və günahı olmayanlar barədə aşağı məhkəmənin qərarını dəyişəcək. Lakin aprelin 11-də Ali Məhkəmə qapalı keçirildi və heç nə dəyişmədi. Ali Məhkəmə 7 nəfər barədə yarım saat ərzində qərar qəbul etdi. Yarım saata 7 nəfər barədə qərar olarmı?” valideyn sual edib.

2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər Nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub.

Məlumatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb.

Dövlətə xəyanətdə günahlandırılan hərbçilərin valideynləri aksiya keçirib

Dövlətə xəyanətdə günahlandırılan hərbçilərin valideynləri aksiya keçirib

Bu məqsədlə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər.

2017-ci il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət işi başlanıb. Prokurorluq, Müdafiə, Daxili İşlər Nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.

“Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ermənistan tərəfinin Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdığı təxribat və terror fəaliyyətinin qarşısı alınıb. Məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib”, bəyanatda bildirilir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin məhkəmə hökmlərinə istinadən hazırladığı hesabatda deyilir ki, mhəkəmə hökmlərində “Tərtərdə yerləşən köhnə Qərargah binasının 2-ci mərtəbəsində işgəncə cihazları ilə təmin edilmiş xüsusi otaqlarda azərbaycanlı əsgər və zabitlərə dövlətin adından və gücündən istifadə edərək bir qrup yüksək vəzifəli şəxsin necə xüsusi amansızlıq və qəddarlıqla işgəncə verərək onları öldürməsi açıq və təfsilatlı şəkildə qeyd olunur.”

“Oxuduqca dəhşətə gəlirəm və sona qədər oxumaq olmur. Məhkəmənin hökmündə qeyd olunur ki, işgəncə verən vəzifəli şəxsin birinin rütbəsi ədliyyə mayorudur, N saylı hərbi hissənin rəhbərliyində təmsil olunur. Yüzlərlə əsgər və zabitlərə bir qrup vəzifəli şəxs tərəfindən gözləri və qolları bağlı şəkildə, paltarları soyundurulmuş halda verilmiş ağır işgəncələr nəticəsində azından 8 nəfər işgəncəyə dözməyərək vəfat edir. Sonradan onların 4-ü bəraət alıb və işgəncə verən şəxslər həbs olunub,” o sual edir.

Gülalıyev təəssüflə bildirir ki, məhkəmələr “azından 8 hərbi qulluqçunu xüsusi qəddarlıq və amansızlqla qətlə yetirən şəxslərə 6 il həbs cəzası verib, amma siyasi məhbus ailələrinə maliyyə dəstəyi göstərən Saleh Rüstəmova 7 il 3 ay, "əsgər ölümlərinə son" dediyi üçün İlkin Rüstəmzadəyə 8 il cəza verib.”

“Budurmu ədalət? Ədalətsizlik, ayri-seçkilik və məkrli niyyət göz qabağındadır,” hüuq müdafiəçisi qeyd edib.

Hüquq müdafiəçisinin müraciətində deyilənlərlə bağlı Müdafiə Nazirliyindən və hüquq mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

Eyni zamanda son zamanlar istintaq zamanı müəmmalı şəraitdə ölən və həbs edilən bəzi hərbçilərin qohumları rəsmi qurumlar qarşısında etiraz aksiyaları keçirir. Onlar övladlarının işgəncə altında ifadə alındığını və öldüyünü bildirib.

Bununla yanaşı, Azərbaycan rəsmiləri bir qayda ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir. Rəsmi Bakı qanunsuz həbslər, işgəncələr, istintaq zamanı insanların öldürülməsi ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.