Ermənilər Azərbaycan ərazisində mitinq keçirib – FOTO/ VİDEO

Baxış sayı:
6157

Avqustun 2-də 27-ci ildir işğal altında qalan, “Berdzor” adlandırılmış Laçın rayon mərkəzində ermənilərin mitinqi təşkil olunub.
"Azad vətən" partiyasi tərəfindən keçirilmiş mitinqdə işğal edilmiş torpaqların Azərbaycana qaytarılması haqda Ermənistanın birinci prezidenti L.Ter-Petrosyanın və onun nümayəndələrinin təkliflərinə qəti etiraz bildirilib.
Ermənistan saytları erməni bayrağı altında keçirilmiş həmin mitinqin video-görüntülərini yayıb. Görüntülərdə rayon mərkəzinin 3-cü onillikdir işğal altında saxlanmasına rəğmən hələ də xarabalıqlar içində olduğu məlum olur.