Ermənilər Ağdamda qəbiristanlığımızı yandırdı - FOTOLAR

Baxış sayı:
1357

Ağdamda qəbiristanlıqda yanğın başlayıb.

Muxalifet.az xəbər verir ki, APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ermənilər işğal altındakı Baş Qərvənd kəndində törətdiyi yanğın neytral ərazini keçərək təmas xəttində yerləşən Qərvənd kənd məzarlığının yanmasına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Ərazi düşmənin müşahidəsi altında olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb.