Erməni zabitin ölümünə aydınlıq gətirildi: Kapitan Andranik Mkrtçyanın çənəsini güllə dağıdıb

Ermənistan Müdafiə Nazirliyi Mehridəki hərbi hissələrdən birində kapitan rütbəli hərbçinin "müəmmalı ölümünə" aydınlıq gətirib.
 
Nazirliyin bildirdiyinə görə hərbçinin cəsədi ötən gün saat 16.00 radələrində iş otağında aşkar edilib. 26 yaşlı kapitan Andranik Mkrtçyanın çənəsindən güllə ilə vurulduğu məlum olub. Onun intihar edb-etmədiyi haqda heç nə deyilmir.