Erməni xüsusi xidmət orqanlarının NÖVBƏTİ TƏXRİBATI – ““Azərbaycanda hərbi çevriliş hazırlanırmış?”

Ermənistanın xüsusi xidmət orqanları öz fəaliyyətlərini gizlətmək üçün ölkə mətbuatında Azərbaycana qarşı təxribat xarakterli informasiyalarını davam etdirməkdədir. Məsələn, düşmən dövlətin analitik saytı olan “Lragir.am” saytında iyunun 7-də dərc olunan “Azərbaycanda hərbi çevriliş hazırlanırmış?” sərlövhəli yazı da bu qəbildəndir.  
 Azərbaycanda baş verən hər hansı bir qarışıqlıq xəbərinə sevinən düşmən mətbuatı xaos intizarındadır.
Beləliklə, “Lragir.am” yazır:

“Bu, erməni kəşfiyyatının fitnəsi yox, hərbi çevriliş cəhdi idi. Bu barədə azərbaycanlı jurnalist, siyasi mühacir Beydulla Manafov bu yaxınlarda Azərbaycanda baş verən, Azərbaycanın silahlı qüvvələrinin hərbçilərinin erməni xüsusi xidmət orqanları üçün casusuluqda ittiham edilməsi ilə bağlı  hadisələrdən bəhs edərkən bildirib. 
Manafov deyib: “Müdafiə naziri və qərargah rəisi hərbi çevriliş cəhdini aşkar ediblər. Təbii ki, qaydası üzrə ali baş komandana məlumat veriblər. O isə öz ətrafı ilə məşvərət edərək, bu hadisələri “Ermənistan kəşfiyyatının fitnəsi” adlanrımağı əmr edib”.
Onun sözlərinə görə, qiyam qaldırmış hərbçilərin planlarına dövlət başçısını, onun yaxın əhatəsini, hökumətin bütün üzvlərini və bəzi “xüsusilə təhlükəli deputatları” həbs eləmək daxil imiş. O, bunu Azərbaycanın aprel döyüşlərindəki itkiləri ilə əlaqələndirir.
Manafov qeyd edir ki, hərbçilər planlarını həyata keçirə bilməyiblər, çünki onların arasında hər şeyi rəhbərliyə çatdıran şəxs olub”.
“Lragir.am” saytının iddiasına əsasən, Beydulla Manafov Azərbaycanın Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının həbsini və Əfqan Muxtarlının Tbilisidən oğurlanmasını da məhz bu cəhdlərlə əlaqələndirib.
Sayt yazır ki, Muxtarlının oğurlanmasına qədər Azərbaycanda hökumətyönlü mətbuatda Tiflisdə Əliyevə qarşı çevriliş hazırlandığı, müxalifətin qərargahının məhz orada toplaşdığı barədə informalar yayılmağa başlamışdı...
 
(Foto: Beydulla Manafov)

Muxalifet.az