"Erməni xalqı ağrılı güzəştlərə hazırdır" - PAŞİNYANDAN NÖVBƏTİ YALVARIŞ

Baxış sayı:
1263

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook sosial şəbəkəsindəki səhifəsində müraciətlə çıxış edərək bildirib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsində güzəştlərə hazırdır.

O deyib: "Mən sizə mümkün qədər çevik olduğumuzu və anlayışa gəldiyimizi bildirmək istəyirəm".

N.Paşinyan qeyd edib ki, erməni xalqı və hökuməti qarşılıqlı güzəştlərə, hətta ağrılı güzəştlərə hazırdır, lakin erməni xalqı təslim olmağa hazır deyil.

Nikol Paşinyan həm də bütün erməniləri Azərbaycana qarşı mübarizəyə çağırıb.

"Bu, taleyüklü məqamdır və heç kim ümid edə bilməz ki, kimsə bu məsələni bizim əvəzimizə həll edəcək. Bir qərar var — millətin hər bir nümayəndəsi ön cəbhədə olan əsgərlər kimi, bu gündəliyə sadiq olmalıdır", - deyə o vurğulayıb./Virtualaz.org