Erməni vandalizminin qurbanı olan məscidlərimiz - FOTOLAR

Baxış sayı:
1655

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağda Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib. Onların bir qismi saxtalaşdırılaraq erməniləşdirilib.

Rəsmi məlumata əsasən, işğal edilmiş ərazilərimizdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.

Erməni vandalizminə məruz qalan dini abidələrimizdən biri Azərbaycanın işğaldan azad olunmuş Qubadlı rayonunun Məmər kəndindəki XVIII əsrə aid məsciddir. Tarixi abidə ermənilər tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, məscid uzun illər ermənilər tərəfindən donuz tövləsi kimi istifadə edilib.


Bundan başqa, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri (Şuşa), Saatlı məscidi (Şuşa) və Ağdamda Cümə məscidi dağıdılıb, Ağoğlan (Laçın rayonu) , Xudavəng (Kəlbəcər rayonu), Gəncəsər məbədləri (Ağdərə rayonu) və digər abidələrimiz erməniləşdirilib.

Erməni vandalizminə məruz qalan məscidlərimizdən görüntüləri təqdim edirik:


Yuxarı Gövhər Ağa Məscidi (Şuşa)


Aşağı Gövhər Ağa Məscidi (Şuşa)


Ağdamda Cümə məscidi


Ermənilər aşkar şəkildə əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlayıb.


Saatlı məscidi (Şuşa)


Xudavəng (Kəlbəcər rayonu)


Şeyx Babı türbəsi (Füzuli)