Erməni tərəfi üç hərbçinin yaralandığını təsdiqləyib

Cümə günü axşam Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfin artilleriya atəşi nəticəsində üç hərbçinin yaralandığını təsdiqləyib.
 
Erməni tərəfin məlumatına görə, atəş D-30 və D-44 silahlarından, həmçinin minaatanlar və qumbaraatanlardan açılıb.
Atəş nəticəsində Robert Qasparyan (1969-cu ildə anadan olub), Ambarsum Arutunyan (1997-ci il) və Vaqe Bədəlyan (1998-ci il) müxtəlif ağırlıqda qəlpə yarası alıblar.
Xatırladaq ki, artilleriya zərbəsi ermənilərin Füzuli rayonunun Alxanlı kəndi yaxınlığındakı mövqelərinə endirilib.
Onu da bildirək ki, bu gün sosial şəbəkədəki statusunda sabiq müdafiə naziri Ohanyan bir erməni əsgərinin öldüyünü etiraf etmişdi. Bu faktın özü də göstərir ki, Ermənistan tərəfi əsgər ölümləri ilə bağlı hələ də manipulyasiya etməkdə davam edir.