​Erməni əsilli model Kim Kardaşyan görün, NƏ HALA QALDI – Fotolar

Baxış sayı:
13090

ABŞ-da yaşayan erməni əsilli model Kim Kardaşyanın İnstaqramda paylaşdığı fotolar izləyicilərini təəccübləndirib.
Dərisində yaranmış ləkələrə görə müalicə olunan model bununla izləyicilərinin çoxsaylı suallarına cavab vermək məcburiyyətində qalıb.
Sədəf xəstəliyindən əziyyət çəkən Kim Kardaşyanın üzündəki ləkələr diqqətdən yayınmayıb. Halbuki 38 yaşlı model paylaşdığı fotolarda fiziki zorakılığa məruz qaldığı təəssüratını yaradıb.
O, yaranmış sualları cavablandırıb və müalicə olunduğunu bildirib.
Kardaşyan ikinci paylaşımında üzündə yara kimi görünən izlərin tibbi krem olduğunu açıqlayıb. Bütün həyatını sosial şəbəkədə yayımlamaqdan çəkinməyən, model, habelə ayaqlarında yaranmış qırmızı ləkələri “seksi” qeydi ilə izləyiciləri üçün paylaşıb.
Modelin İnstaqramda paylaşdığı fotoları təqdim edirik:/Teleqraf