Erməni silahlıları dinc əhalini atəşə tutmaqda davam edir - FOTO

Baxış sayı:
905

Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində dinc sakinləri, yaşayış evlərini hədəf almaqda davam edir.

APA-nın Qarabağ bürosunun məlumatına görə, düşmənin atdığı mərmilərdən biri Ağdam rayonunun Evoğlu kənd sakini Coşqun Paşayevin yaşadığı evə düşüb. Nəticədə C.Paşayev həyatını itirib.

Məcburi köçkünlərin məskunlaşdığı Baharlı qəsəbəsində İlhamə Bağırovanın evi də top atəşinə məruz qalıb.