​Erməni əsgəri müəmmalı şəkildə öldü

Baxış sayı:
5236

Ermənistan ordusunda əsgər ölümü baş verib.
ONA-nın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan öz Feysbuk səhifəsində yazıb.
Bildirilir ki, 1999-cu il təvəllüdlü Ararat Xaçumyan bu gün orduda baş vermiş hadisə nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.