Erməni separatçılarının Rusiyaya girişi qadağan olundu - "QRAPARAK"

Baxış sayı:
3580

Martın 2-də Rusiya hakimiyyətinin Masis Mailyan və Samvel Babayanın RF-yə girişini 5 il müddətinə məhdudlaşdırdığı barədə qeyri-rəsmi məlumat əldə olunub. Bu barədə bu gün Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Qəzet bu qərarın səbəbini, habelə məlumatın mənbəyini açıqlamır.

Qeyd edək ki, Mailyan və Babayan qarşıda duran 31 mart "Qarabağ prezidenti seçkilərində" birgə çıxış edirlər.

Masis Mailyan separatçıların hökumətində "xarici işlər naziri" vəzifəsini tutur, babayan isə Qarabağ qüvvələrinin keçmiş komandanıdır.

Mailyan qarşıda duran seçkilərdə namizəddir, Babayan isə 10 il Qarabağda yaşamadığına görə bu imkandan məhrumdur.

Qəzetin məlumatı təsdiqini taparsa, bunu Moskvanın Qarabağda bu şəxslərin hakimiyyətə gəlməsini istəməməsi kimi qiymətləndirmək olar.

Bu halda Yerevanın dəstəklədiyi namizəd hesab olunan Araik Arutyunyanın şansı artır./Turan