Erməni qızın hərəkəti Qırğızlarda hiddətə səbəb olub

Sabır Kayıkov: “Vətəndaşlıqdan məhrum etmək azdır, ölkəyə gələndən sonra onu öldürmək lazımdır”
 
Qırğız Respublikasının vətəndaşı, etnik erməni, “World Next Top Model 2017” beynəlxaq gözəllik yarışının qalibi Susanna Yeqoryanın hərəkəti ölkə vətəndaşlarının hiddətinə səbəb olub.
Ermənistan KİV xəbər verir ki, onun davranışı sosial şəbəkədə ciddi şəkildə müzakirə edilib.
İnformasiyaya əsasən, müzakirələrdə iştirak edənlərdən biri Dövlət Rabitə və İnformasiya texnologiyaları komitəsinin mütəxəssisi Sabır Kayıkov “Facebook” səhifəsində yazıb: “Onu vətəndaşlıqdan məhrum etmək azdır, ölkəyə gələndən sonra onu öldürmək lazımdır”.
Məlumatda bildirilib ki, bir müddət sonra o, “öldürmək lazımdır” ifadəsinə görə üzr istəyərək, əlavə edib: “Ancaq onu vətəndaşlıqdan çıxarmaq vacibdir”
Sosial şəbəkədə onu “satqın” adlandırıblar.
Qeyd edək ki, S.Yeqoryan yarışın finalında səhnəyə “Ermənistan” yazılmış lentlə çıxıb./report