Erməni politoloq: "Azərbaycan Naxçıvan istiqamətində öz mövqelərini möhkəmləndirir"

Baxış sayı:
325
"Azərbaycan ordusu aprel-may aylarında Naxçıvan istiqamətində irəli çəkdiyi mövqelərdə soyuq qış səbəbindən tərk edərək əvvəlki mövqelərinə qayıtmamaq üçün əlindən gələn hər şeyi edir".
Bu barədə erməni politoloq Hrant Melik-Şahnazaryan KİV-lərə müsahibəsində bildirib.
O qeyd edib ki, hazırda Azərbaycan ordusu mühəndis işlərini bütün cəbhəboyu istiqamətdə davam etdirir. 
"Azərbaycan hakimiyyəti müharibəyə hazırlaşdığını heç vaxt gizlətməyib. Bu reallıqdır. İrəvan tərəfi ehtimal olunan müharibədən öncə Azərbaycanın öz mövqelərini möhkəmləndirməsinə imkan verməməlidir", - deyə o bildirib. 
Şahnazaryan, yeni, Paşinyan hakimiyyətinin indiyədək Ermənistanın xarici təhlükəsizliyi ilə bağlı hər hansı bir ciddi iş görmədiyini də vurğulayıb: "Hakimiyyətin daxili siyasi vəziyyətin inkişaf proseslərinə və daxili problemlərin həllinə istiqamətləndiyi görünür. Digər sahələrdə hər şey öz təbii axarına buraxılıb. Nəticədə hər gün diplomatik, strateji sahədə, indi isə artıq hərbi sahədə ciddi itkilərə məruz qalırıq. Bunun bu cür davam edə bilməyəcəyini anlamağın vaxtıdır. Bunun nəticəsi erməni dövləti və xalqı üçün çox ağır sonluqla bitəcək". 
Cəbhədə nəzarət mexanizminin yaradılmasına toxunan erməni politoloq bildirib ki, bu keçmiş hakimiyyətin irəli sürərək, gündəliyə çıxardığı məsələdir. 
"Çox təəssüf ki, Paşinyanla Əliyev arasındakı son görüş, məhz bu müxanizmin başqa bir mexanizmlə əvəz olunmasına yönəlmiş addım idi. Yəni Paşinyan Azərbaycanın Vyana və ya Sankt Peterburq razılaşmasını yerinə yetirməyə məcburetmə yoluna yox, yeni razılaşmaya əl atdı. Bu vəziyyət indiyədək Azərbaycana qarşı mövcud nəzarət mexanzimindən Ermənistana daha zəif nəzarət mexanizmi verəcək", - deyə o əlavə edib.