​Erməni ordusunun hərbçisi öldü

Baxış sayı:
6166

Ermənistanın Sünik vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Erməni mətbuatı xəbər verir ki, dünən gecə saatlarında İrəvan-Mehri yolunda Xoren Karçevanın idarə etdiyi VAZ 2107 markalı avtomobil “Volvo” markalı yük maşını ilə toqquşub.
VAZ 2107-nin sürücüsü yerindəcə ölüb. Qəzada yaralanan 2 sərnişin xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qəzada ölən şəxs Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu olub.