​“Erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur” - POLİTOLOQ

Baxış sayı:
866

“Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində əvvəlcə erməni həmkarıyla təkbətək görüşüb, sonra həmsədrlər də onlara qoşulublar. Bu həmsədrlərin köhnə taktikasıdır, əvvəlcə tərəfləri başbaşa buraxır, onlar ürəklərini boşaltdıqdan sonra danışıqlara qatılırlar. Elmar Məmmədyarov görüşdən sonra maraqlı açıqlama verib. Nazir deyib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb”.
Muxalifet.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
 
“Ermənistan XİN-nin mətbuat katibi Azərbaycan əleyhinə demədiyi söz qalmadı”
 
“Gəlin, indi baş sındıraq ki, 25 ildə hər detalın öyrənildiyi və müzakirə edildiyi danışıqlarda hansı boşluq qalıb ki, yeni və maraqlı təklif üçün də yer qalsın. Məmmədyarovdan fərqli olaraq Ermənistanın xarici işlər nazirindən həmsədrlərin “kreativ” təklifləri barədə açıqlama eşitmədim. Tam əksinə, görüşdən əvvəl Ermənistan XİN-nin mətbuat katibi Azərbaycan əleyhinə demədiyi söz qalmadı, Bakını danışıqları pozmaqda ittiham edib. Bəlkə də həmsədrlər nəsə “kreativ” təklif irəli sürüblər, ancaq erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur”, - deyə politoloq nəzərə çatdırıb.
 
Cavid, Muxalifet.az