Erməni nazir Ukraynadan qaçmağa hazırlaşır

Ukraynanın Daxili İşlər naziri Arsen Avakov ölkədən qaçmağa hazırlaşır.
 
Bu barədə yerli “Vesti” nəşri informasiya yayıb.
Məlumata görə, Arsen Avakov Ukrayna Prezidenti Pyotr Poroşenkonun devriləcəyi halda ölkəni tərk edəcək. Müxtəlif ölkə pasportlarına həmçinin həmin ölkələrdə mülkiyyətə sahib olan erməni nazir Ukraynadan qaçmaq üçün bunlardan istifadə edəcək.
Onun Panama vətəndaşlığı və Malyorka şəhərində 675 kvadrat metr ərazisi olan dəbdəbəli villaya sahib olduğu bildirilib. Dəniz sahilində yerləşən villada 5 yataq otağı, eyni sayda vanna otağı və 12 maşınlıq qaraj olduğu qeyd olunub. Avakovun xaricdəki mülklərinin ümumi dəyəri isə 12 milyon avro olaraq qiymətləndirilir.