Erməni nazir Azərbaycanlı deputata söz hücumu etdi

Baxış sayı:
6262

İsveç Beynəlxalq Əlaqələr İnstitutunda Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş “Ermənistan və Ukrayna nazirləri ilə söhbət”  mühazirədən sonra Ermənsitan XİN başçısı sualları cavablandırıb. XİN başçısı azərbaycanlı deputatın “Ermənistan ermənilərin törətdikləri hərbi cinayətləri, etnik təmizlənmələri araşdırmaq üçün Azərbaycanla beynəlxalq məhkəməyə getməyə hazırdırmı?” sualını cavablandırarkən ona sözlə hücum edib.
Muxalifet.az
bu barədə az.armradio-ya istinadla xəbər verir.

Nazir deyib: “Siz Bakı haqqında eşitmisiniz? Sumqayıt, Marağa haqqında eşitmisiniz? Şahumyan rayonunun işğalı haqqında eşitmisiniz? Martakert rayonunun bir hissəsinin işğalı haqqında eşitmisiniz? Martuni rayonun bir hisəsinin işğalı haqqında eşitmisiniz? Davam etməmi isyəyirsiniz? Söz məhz bunun haqqındadır. Ritorikanı azaltmağa hazırsınız? Narahatlqlarımızı başa düşməyə hazırsınız? Belə dialoqa hazırsınız? Yoxsa sizin dediyiniz həqiqət olmalıdir, ondan başqa heç bir həqiqəti yoxdur. Yalnız sizin istədiyiniz həll olmalıdır, yoxsa heç bir həll yoxdur. Belə heç bir zaman sülhə malik olmayacayaq. Xalqaların sülhə hazırlanmasına dair qeyd etdiyim təminatın əsası budur. Siz yalnız sizi narahat edən məsələlər haqqında danışırsınız. Mələk kimi görünməyə çalışmaq lazım deyil. Mən  təhlükəsizlik məsələsinin olduğunu, işğala imkan verməyən yeganə təhlükəsizlik təşkilatının olduğunu dedim. Bu sözlər bildiyiniz və tez-tez istifadə etdiyiniz sözlərdir. Təcavüz, işğal və 150.000 soydaşlarımızın fiziki və ekzistensial təhlükəsziliyinə təhdid.Danışıqlar  digər tərəfin hesabına bir tərəfin daha maximalist tələblərinə cavab verməyəcək bir nöqtəyə necə çatmaq üzərində aparılır”-deyən erməni nazir sual verən azərbaycanlı deputatın üzərinə sözlə hücuma keçib.
Muxalifet.az