Erməni mətbuatı: Paşinyan ABŞ səfirliyində gizlənib

Baxış sayı:
1004

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı təfərrüatlar ortaya çıxıb.

Bəyanat imzalandıqdan sonra 7 rayonun və Şuşa şəhərinin Azərbaycanın nəzarətinə keçməsindən narazı qalan ermənilər etiraz aksiyalarına başlayıb.

Həmin gün etirazçılar parlamentə, hökumət evinə, eləcə də N.Paşinyanın iqamətgahına daxil olub. Amma baş nazir heç yerdə olmayıb.

Erməni mətbuatının yazdığına görə, baş nazir Yerevanda ABŞ səfirliyinin binasında gizlənib.

Qeyd edək ki, o, 2008-ci il 1 mart hadisələri zamanı da ABŞ səfirliyində gizlənmişdi.