Erməni məmuru arvadı və oğlu öldürübmüş

Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyanın öldürülməsinini  bəzi təfərrüatları açıqlanıb.
 
Ermənistan mediası xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, hadisəı ilə əlaqədar iki nəfər saxlanılıb.
Məlumata görə, Simonyanın qətlində onun arvadı və oğlu şübhəli bilinir, onlar artıq saxlanılıblar.
İlkin xəbərə görə, qətlə ailədaxili münaqişə səbəb olub.
52 yaşlı Manuk Simonyanın meyiti iyulun 25-də tapılmışdı.