​Erməni milyarder Lukaşenkonun oğluna ŞİR HƏDİYYƏ ETDİ

Minsk zooparkında Nik və Nika adlı iki ağ şir yaşayır.
AzVision.az hetq.am-a istinadən xəbər verir ki, bu nadir heyvanları Ermənistan parlamentinin deputatı, milyarder Qaqik Çarukyan Belarus prezidenti Aleksandr Lukaşenkonun oğlu Kolyaya hədiyyə edib.
Nəşr yazır ki, ümumilikdə Ermənistandan Belarusa dörd şir göndərilib. Təxminən bir il əvvəl onlardan ikisi Belarus prezidentinin ailəsi tərəfindən Minsk zooparkına hədiyyə edilib. Digər iki şirin harada olması barədə məlumat yoxdur.