Erməni maraqları naminə avarların separatçılığa sürüklənməsi və ya David Qareci məsələsinin pərdəarxası-TƏHLİL

Baxış sayı:
3316

Bu yaxınlarda "yerkramas" saytında erməni dilində "Cənubi Qafqaz Avar Cəmiyyəti": Azərbaycanda ayrı-seçkilik və Ermənistan ilə Artsax ictimaiyyətinə müraciət" başlığı ilə çox qəribə bir müraciət ortaya çıxdı(http://yerkramas.org/article/170544/%C2%ABobshhestvo-avarcev-yuzhnogo-ka...)
Müraciət erməni millətçi təbliğat maşınının ən yaxşı ənənələri əsasında tərtib edilmişdir. Orada xüsusilə deyilir ki: "Azərbaycan xalqını Sovet Azərbaycanının vahid icması kimi  formalaşdıran və kökləri yerli xalqların "azərbaycanlılaşdırma" və "türkləşdirilmə"sində Stalin doktrinasına əsaslanan siyasəti izləyərək, rejim Qafqaz xalqlarına - avar və ləzgilərə qarşı beynəlxalq öhdəliklərə baxmayaraq ciddi ayrı-seçkilik etməyə davam edir. Yəni bir cümlədə “müraciət” in təşəbbüskarları həm Azərbaycanı, həm də Stalini təpikləmək niyyətində idilər.
Bu təxribatçıların kimləri nümunə hesab etdikləri də açıq şəkildə deyilir: “Ermənistan dövlət səviyyəsində milli azlıqların dillərinin tədrisini dəstəkləyir, assuriyalılar, yezidilər, ruslar, yunanların öz ana dillərini öyrənmələrini dəstəkləyir, ukraynalıların, polyakların və digər etnik azlıqların dilini və mədəniyyətini təbliğ edən qeyri-hökumət təşkilatlarını dəstəkləyir".
Doğrudur, portreti yerkramas saytının üst ekranını bəzəyən və nasisit Qaregin Njdenin vəsiyyət və tövsiyyələrini yerinə yetirən, Ermənistandakı etnik azlıqlarının əksəriyyətinin hazırki tendensiya altında tezliklə yox olacağı və Ermənistan Respublikasının 100% mono etnik etnik-faşist dövlətə çevriləcəyi haqda deyilmir.
Çox az adamın diqqətini cəlb etmişdir ki, bu müraciətin -"Cənubi Qafqaz Avar Cəmiyyəti" adından yerkramas saytında ortaya çıxması, təxribatçı Nikoloz Mjvanadzenin Gürcüstanda "işğal edilmiş" Ereti və ya Saingilo ilə bağlı verdiyi isterik fəryadları ilə üst-üstə düşdü.

Söhbətə vaqif olmayanlar üçün deyək ki, "Cənubi Qafqaz Avar Cəmiyyəti" və eyni ərazidəki Mjavanadzevin "Müdafiə Komitəsi David Gareji" iddiaları eyni kökdən qaynaqlanır. Məhz keçmiş Zaqatala, Balakən, Qax rayonları, azərbaycanlılarla birlikdə gürcü-ingiloylar və Dağıstan xalqlarının nümayəndələri, avarlar və saxurların dinc yanaşı yaşadığı rayonlardan söhbət gedir.
Ancaq qardaş xalqların dinc həyatı kimisə narahat edir. Necə ki, Gürcüstan Abxaziyasında bir çox xalqın dinc yanaşı yaşamasını bəyənmədilər. Buradakı bəzi qüvvələr çox məkrli və "qarşılıqlı alovlanırmış kimi" görünən, ancaq bir mərkəzdən idarə olunan separatçılığı qurdalamağa başlayırlar.
Erməni agentləri gürcülər üçün Ereti haqqında təxribat xarakterli verilişlər apararaq, əslində "Ereti"nin qədim xristian dövlətinin - Albaniya Şəki Krallığının ikinci adı" olduğunu xatırlamağı unutdururlar. Və ya "Sainqilo", "Ingiloylar" adının əvvəlcə heç bir etnik məna daşımadığını və "dönmələr" kimi tərcümə edildiyini, bu adla müsəlmanlaşdırılmış alban xristianları və gürcülərin adlandırdıqlarını xatırlatmırlar (bəziləri Rusiya İmperiyası dövründə yenidən pravoslav oldu, ancaq özlərinin "Ingiloy" adını saxladı).
Avarlara qarşı da təbliğatat aparılır. Müsəlman Car-Balakən camaatlığının ("azad cəmiyyətlər" və ya "respublikalar") əsas qüvvələri avarlar idi. Avarlar bu birləşmələri "Car" ​​və ya "Tslor" adlandırırlar.
Təbii ki, erməni separatçı təhrikçiləri təxribatlarının “uğuru” olacağı təqdirdə “Ereti” və “Sayingilo”nun avar “Tslor” və ya “Car” ərazisində necə var olacağı haqda heç düşünmürlər. Hərçənd tamamilə aydındır ki, bölgədəki sabitliyin pozulmasından əsas “faydalanan” kim olacaq.
Qondarma “Qərbi Ermənistan Hökuməti”nin (Türkiyənin şərqində yerləşdiyini iddia edən) “rəsmi” saytında dərc olunmuş xəritəyə-“Mətbuat açıqlaması --Qərbi Ermənistan Respublikası (Ermənistan) Ermənistan və Azərbaycan Respublikası arasında sərhədin demarkasiyası təklifi ilə BMT-yə müraciət etdi” materialında baxmaq kifayətdir. (http://gov-wa.info/?p=3599&lang=en)
Bu xəritədə erməni millətçiləri artıq Türkiyə, Azərbaycan və Gürcüstan ərazilərini “bölmüşlər”. Gürcüstanın Samtsxe-Cavaxeti və ya "Cavaxk" bölgəsi təbii olaraq "Böyük Ermənistan"a birləşdirilib.
Lakin Azərbaycanın Gürcüstan və Rusiya Federasiyasının sərhədlərinə bitişik, o cümlədən Zaqatala, Balakən və Qax ərazilərinə bitişik olan şimal-qərb hissəsi "Aşağı Qarabağ" kimi qeyd olunur. Buraya, səhrəddi özbaşına kəsib-biçən Nikoloz Mjvanadzenin "geri qaytarmağa" can atdığı David Qareci monastrının Azərbaycanın ərazisində yerləşən hissəsi də daxildir. Amma kimə qaytardıb verdiyini açıqlamır. Xəritədə isə - erməni "ağalarına" verdiyi görünür.

Yəni, avarları separatçılığa təhrik edən erməni millətçiləri bu torpaqları ümumiyyətlə onlara vermək niyyətində deyillər. Və bunu özlərinə "Aşağı Qarabağ" kimi götürmək niyyətindədirlər.
Bu gün Azərbaycanda həm avarların, həm də gürcü-ingiloyların hüquqlarının "pozulması" yoxdur və ola da bilməz. Milli məktəblər var, milli mədəniyyət inkişaf edir. İqtisadi inkişaf səviyyəsinə gəldikdə isə, burada vəziyyət Qafqazın digər bölgələrndən yaxşıdır. Həyat səviyyəsinə görə, Zaqatalanın və Balakənin avar kəndlərində vəziyyət Rusiya hakimiyyətinin yarıtmaz idarəçiliyi və korrupsiya üzündən, sosial infrastrukturun maliyyələşdirilməməsi səbəbindən Dağıstanın günbəgün boşalan avar kəndləri ilə müqayisə belə oluna bilməz. Buna görə son dövrlərdə hətta 90-cı illərdə Rusiya Federasiyasına və Dağıstana gedən avarlar da Zaqatala və Balakənə qayıtmağa çalışırlar.
Prinsipcə, bunda təəccüblü heç nə yoxdur. Separatçılıq olmadığı yerdə yaşayış çiçəklənir. Abxaziya Gürcüstanın bir hissəsi olanda da çiçəkləndi. Lakin erməni təxribatçıları separatçılığı qızışdırmağa və qardaş gürcü - abxaz xalqlarını üz-üzə qoymağa, qardaş qanı tökməyə başladılar və bunun nəticəsində ermənilər Abxaziyada dominant etnik qrupa çevrildi.
Göründüyü kimi, Zaqatalaya və ətraf raonlarda da guya “gürcü” və “avar” - əslində erməni və ermənidən dönmə təxribatçılarının köməyi ilə eyni planı həyata keçirmək niyyətindədirlər.
"Kavkazplus"
Tərcümə etdi: Ülviyyə Şükürova