Erməni... Lüksemburqda da ermənidir - “Qarabağ”a qarşı təxribatın pərdəarxası

Baxış sayı:
3799

Kənan Məstəliyev: “Təxribat olmasaydı...”

“Qarabağ” Avropa Liqasının qrup mərhələsindəki ikinci oyununda bütün Azərbaycanı ayağı qaldırdı. Lüksemburqda “Düdelanj” klubunu 1-4 hesabı ilə darmadağın edən Ağdam təmsilçisi növbəti dəfə hər kəsi sevindirdi.

Qazandığı qələbə ilə qrupdan çıxmaq şanslarını saxlayan klubumuzun zəfərindən daha çox müzakirə mövzusu meydanda baş verənlər oldu. Hər zaman xislətlərini nümayiş etdirən ermənilər “Qarabağ”ın Miçellə vurduğu 2-ci qola dözə bilmədilər və qondarma “dqr bayrağı”nı dron vasitəsilə meydana sallayıblar. 

Əski parçasının meydana düşməsinə imkan verməyən oyunçuların israrlı oyunu davam etdirmək istəkləri sonunda öz sözünü dedi və meydana qayıdan futbolçularımız rəqibə daha iki qol vuraraq, düşmənə ən tutarlı cavabı verdilər. Rəqib komandanın təxribata görə üzr istəməsi də hər şeyi ortalığa qoydu. Oyundan sonra dərhal reaksiyalar gəlməyə başlayıb.

Qurban Qurbanov ile ilgili görsel sonucu

“Qarabağ”ın məşqçisi Qurban Qurbanovun mətbuat konfransında dedikləri: “”Biz həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Futbolçular da bilir ki, hansı komandanı təmsil edirlər. Bu, sadəcə qorxaqlıqdı. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, “Qarabağ”ı çalışdırıram. Biz belə təxribatlara uymalı deyilik. Biz maksimum çalışdıq ki, öz peşəkarlığımızı göstərək. Uşaqlar paltardəyişmə otağında pis olmuşdular. Onları oyuna kökləmək çətin oldu. Futbolçulara təşəkkür edirəm ki, məni eşitdilər. Meydanda özlərini peşəkar apardılar. Gələcəkdə belə hadisələr yenə olacaq. Bunun özü ucuzluqdu. Biz burdan gözəl qələbə ilə dönürük.

Meydanı tərk etsəydik, bizim üçün problem yarana bilərdi. Biz peşəkarıq. Biz qorxaq deyilik, meydandan qaçmağı da bacarmarıq. Belə hallar ola bilər. Məğlub olsaydıq da belə, meydana qayıdıb sona qədər mübarizə aparacaqdıq. Döyülə, məğlub ola, yıxıla bilərik. Amma qaçmaq bizlik deyil".

Qurbanov klub rəhbərliyinin bu məsələ ilə bağlı UEFA-ya müraciət edəcəyini bildirib: “UEFA sərt qərar qəbul etsə, bu, hamı üçün bir siqnal olacaq”.

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl: “2002-ci ildən ”Qarabağ"a sponsorluq edirik. Burda 17 ilin zəhməti var. Minlərlə saat, milyonlarla manat, minlərlə azarkeş... Bunu bir dronla, bir oyunla pozmağa çalışmağın özü bir bədbəxtlikdir. Bu, qarşı tərəfin çarəsizliyidir. Biz təxribata uymadıq. Şəxsiyyətimiz, duruşumuz, oyunumuzla qalib gəldik. “Düdelanj”ın prezidentinə dedim ki, bu, qəbuledilməz bir haldır. Bu təşkilatçılıq cəhətdən böyük qüsurdur. O da bunu qəbul edib, üzr istədi. O, bu təxribatın içində olmadıqlarını bildirdi. UEFA nümayəndəsi məsələni araşdıracaqlarını qeyd etdi. Bildirdim ki, UEFA bu məsələdə diqqətli olmalıdır. Bu, terror aktı da ola bilərdi. Bunun qarşısı alınmalıdır. Özü də bu durumun fərqində olduğunu bildirdi".

Rəşad Sadıqov ile ilgili görsel sonucu

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov da  erməni təxribatından danışıb: “İkinci qoldan sonra gördüm ki, bizim qapının arxasından dron uçur, üstündə də əski var. Onun arxasınca qaçdım ki, o əski yerə enməsin. Bunu futbolçular arasında da danışdıq. Hakim yaxınlaşdı, dedim ki, bu, yerə enməməlidi. Hakim də bizi başa düşdüyünü dedi. Bildirdi ki, meydandan çıxmalıyıq. Əvvəlcə buna razı olmadıq. Hakim anlayışlı idi, bizə qarşı sərt sanksiyalar tətbiq etmədi. Fasiləyə gedəndə də Lüksemburqun idman naziri gəlib üzr istədi. Ona da bildirdim ki, bu, bizim üçün həssas məsələdir. Dron yenə qalxsaydı, biz oynamayacaqdıq. Legionerlərimiz də bu məsələyə həssas yanaşdılar”.

Sadıqov bildirib ki, yaranmış fasilə zamanı diqqətli olmağa çalışıblar: “Həmin anda qarışıqlıq idi. Atacağımız hər hansı sərt addım bizə sarı vərəqə bahasına başa gələ bilərdi. Amma fasilədən sonra aqressiv olmadan oynadıq və istəyimizə çatdıq”.

AFFA artıq təxribatla bağlı UEFA-ya şikayət məktubu göndərib.

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda: ile ilgili görsel sonucu

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda: “Hər kəs bu münaqişə haqqında bilir. Neçənci dəfədir ki, belə hallar təkrarlanır. Bu bizə qarşı təhqirdir. Hakim bizə dron enənə qədər paltardəyişmə otağından çıxmamağı dedi. Biz dronu topla vurmaq istəsək də, alınmadı. ”Arsenal"la matçda da bənzər hadisə yaşanmışdı. Onda bir nəfər meydana qaçmışdı, indi də dron. Bu yolverilməz haldır".

İspaniyanın “Marca” nəşri baş verən təxribat barədə məqalə dərc edib.

Qol.az xəbər verir ki, “Marca” oyunun 31-ci dəqiqəsində meydana daxil olan drona və onun üzərində olan qondarma “Dağlıq Qarabağ” bayrağına belə şərh verib: “Siyasət yenidən idman oyunlarında göründü. Və yenidən siyasi səbəblərlə matç dayandırıldı. ”Qarabağ"ın “Düdelanj”a vurduğu ikinci qoldan sonra Lüksemburqun “Jozi Bartel” stadionunun üzərindən uçan drona və bayrağa görə hakim oyunu dayandırmağa məcbur oldu.  Azərbaycan  komandası topla drona zərbə vuraraq onu yerə endirməyə cəhd göstərdi. Dağlıq Qarabağ əslən Azərbaycanın torpağıdır, amma 30 ildən çoxdur ki, Ermənistan qoşunları tərəfindən hərbi yolla işğal olunub".

Qəzet həmçinin “Qarabağ”ın oyunçularının baş verən hadisəyə verdikləri reaksiyadan da yazıb: “Sözügedən hadisədən sonra Ağdam təmsilçisi oynamaqdan imtina etdi. Çünki bu komanda Ağdam şəhərini təmsil edir və hazırda yuxarında göstərilən münaqişə səbəbindən yalnız Ermənistan tərəfindən tanınan  bir respublikanın əlində qalıb. Təxribat səbəbindən görüş 20 dəqiqədən sonra qaldığı yerdən davam etdi. ”Qarabağ"ın kapitanı Rəşad Sadıqov dron meydanı tərk etdikdən sonra azərbaycanlı azarkeşlərə yaxınlaşaraq onlarla danışdı və sakit olmağa səslədi".

“Düdelanj”ın meydançasında 4 qol vurmaq elə həmin təxribata cavab idi. Ümumiyyətlə, ermənilər təxribat törətməklə idmanı da siyasiləşdirməyə can atırlar".

Səyavuş Novruzov ile ilgili görsel sonucu

Bunu YAP icra katibinin müavini, deputat  Səyavuş Novruzov deyib: “Orada stadiondan kimsə var idi ki, kənardan onlara birbaşa istiqamət verirdi. Yəni, təxribat stadionun özündə qurulmuşdu. Meydança sahibləri, hakim, Lüksemburqun idman naziri futbolçularımızdan üzr istədi. Ancaq bu əsas deyil. Birbaşa Lüksemburq dövləti Azərbaycan xalqından üzr istəməlidir. Ona görə ki, bu cür oyunları təşkil edə bilmirlər”.

Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda keçirilən “Düdelanj” və “Qarabağ” qarşılamasında baş verən erməni təxribatı birinci deyil, dəfələrlə belə hadisələr olub.

Bunu deputat Aqil Abbas deyib: “İnsanların əsəbləri ilə oynayırlar. Bu dəfə ermənilər dronla stadiona girib, nənələrinin tumanını, əski parçasını endiriblər. Ora bomba da endirə bilərdilər, böyük faciə olardı. Görünür, orada təhlükəsizlik xidməti yaxşı işləmir. Bu hadisənin nəticəsində ermənilər də cavablarını alacaqlar”.

Kənan Məstəliyev ile ilgili görsel sonucu

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev öncəliklə oyun barədə danışdı: “Açıq-aşkar göründü ki, ”Qarabağ"ın məşqçilər heyəti rəqibi çox yaxşı analiz etmişdi. Əsas heyət oyunçularından Romeronun yoxluğu, Zubir və Əmrəlinin zədədən yeni qayıtmasına baxmayaraq komandamız ilk dəqiqələrdən ən ön zonada pressinq taktikasını seçərək lüksemburqluları çaşdırdı. Çünki səfərdə APOEL-ə qalib gələn rəqib, öz evində bizim ən azından başlanğıcda hücumameylli oynayacağımızı gözləmirdi. Adətən biz qiymətləndirmədiyimiz rəqib, bu dəfə əksinə, bizi qiymətləndirməməyin acısını yaşadı. Təbii ki, ilk dəqiqələrdən pressinq riskli qərardır. Çünki əvvəla, bu təzyiqin altından çıxan komanda müdafiəmizi öndə yaxalayıb, sürətli əks-hücumla qol vura bilərdi. Eyni zamanda, bu pressinqi 90 dəqiqə tətbiq etmək mümkün deyil və fiziki hazırlığın səviyyəsindən asılı olaraq ikinci hissəsini ortalarında, ya da sonunda komandamız gücdən düşə və problemlər yaşaya bilərdi. Bütün bunlar nəzərə alınmalı idi və zaman göstərdi ki, hər şey çox yaxşı analiz edilmişdi. Buna görə Qurban Qurbanovu təbrik edə bilərik. Şanslara gəlincə, indi hər şey daha aydın görünür. Çox sadə riyaziyyat: əsas rəqiblərimiz “Düdelanj” və APOEL-lə ev oyunlarımızdakı qələbə 99 faiz bizi qrupdan çıxarır. Təbii ki, “Sevilya”nın da sona yaxın yarışa barmaqarası yanaşıb xal itirməməsi şərtilə. Belə olan halda, “Qarabağ”ın növbəti tarix yazmağına mane qalmaz. Ümid edək ki, məhz belə də olacaq".

Futbol mütəxəssisi təxribata görə “Düdelanj” klubunu gözləyə biləcək təhlükələrdən də söz açdı: “Matçın startından bir qədər əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiyanın Soçi şəhərindəki çıxışı zamanı işlətdiyi ”Qarabağ Azərbaycandır. Nida işarəsi" ifadəsi çox böyük rezonans doğurdu. Məncə, dövlət başçısının bu çıxışı düşmən ölkəyə təsir göstərmişdi. Onlar buna cavabı siyasi platformada verə bilmədiklərinə görə, bu yola əl atdılar. Düzdür, artıq bilinir ki, bu təxribata əl atan qruplaşma dünənki matçda aranı qarışdıracağını öncədən anons etmiş, ancaq bunun nədən ibarət olacağını bildirməmişdi. Yəqin ki, onlara dövlət başçımızın sərt çıxış edəcəyinin gözlənildiyi, bu çıxışların rezonansının qarşısının alınması, tez unutdurulması üçün belə bir addımın gərəkli olduğu deyilmiş, öncədən hazırlıqlar gördürülmüşdü. Yəni bütün bunlar siyasi oyundur və məqsəd həm Qarabağ, həm də “Qarabağ”a mane olmaq, davam etdirilən strategiyamızın qarşısını almaqdır. Əminəm ki, dövlətimizin müvafiq strukturları bu məsələyə ciddi yanaşacaq və lazımi tədbirlər görüləcəkdir. Hadisənin Kiprdə yox, Lüksemburqda baş verməsinin səbəbi də əslində, çox sadədir. Əvvəla, Kiprdəki matçlarda belə şeylər əvvəllər də olub və buna müvafiq təhlükəsizlik tədbirləri həmişə görülür. Lüksemburq isə Avropanın mərkəzindəki kiçik ölkədir və Kiprdən fərqli olaraq hansısa siyasi məsələlərdə iştirakçı olmayıb.

Ona görə də belə təxribatın orada olma ehtimalı çox aşağı idi. Ancaq bir şey nəzərə alınmalıdır ki, Lüksemburq ermənilərin ən böyük lobbi və diasporası olan Fransa ilə, həmçinin Almaniya və Belçika ilə həmsərhəddir. Fransanın Mets şəhərindən oyunun keçirildiyi yerə cəmi yarım saatlıq, maksimum 40 dəqiqəlik yoldur. Oyuna gəlmək, təxribat törətmək üçün bundan əlverişli şərait, imkan yoxdur ki, onlar məhz belə də etdilər. Təxribat olmasaydı, “Qarabağ” daha böyük hesabla qalib gələcəkdi. Çünki komanda sakit, soyuq başla oynayır, qollarını sıralayırdı. Baş verən hadisə işə emosiyaları qatdı və futbolçularımız daha çox enerji sərf etməyə, daha çox fərqlənmək üçün daha çox çalışmağa başladılar. Bəzi epizodlarda məhz tələskənlik rəqibi cəzalandırmağa imkan vermədi. Son saniyələrdə buraxdığımız qolu da məhz yorğunluğa bağlayıram. Bundan sonra nə olacaq? UEFA ciddi qurumdur və işi ciddi araşdırıb bir qərar verəcək. Yəqin ki, dronun uçurulduğu tennis binasının stadiona aid olub-olmaması araşdırılacaq. Aid olsa, “Düdelanj” cəzalanacaq və bu iş hətta texniki məğlubiyyətə qədər gedə bilər. Aid olmasa, lazımi təhlükəsizlik təmin edilmədiyi üçün yəqin ki, cəza birbaşa yerli federasiyaya veriləcək".//musavat