Erməni lobbisi dünyada terrorizmi necə idarə edir... – İRAN VƏ ERMƏNİSTANIN SENSASİON İŞBİRLİYİ / Dəhşətli faktlar

Baxış sayı:
8461

ABŞ və Qərb İrana embarqo tətbiq edibsə, İrəvan və Xankəndindəki ofşor şirkətləri nəzarətə almalıdır Ötən ilin sonlarında ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton öncə Rusiyaya, sonra da Cənubi Qafqaza səfəri etmişdi. Əslində ABŞ D. Trampın müşavirinin bu səfəri gələcəkdə bölgədə baş verəcək proseslərə önəm verdiyinin göstəricisi demək idi. Bu, həm də regionda müttəfiqlərini müəyyən etməyə hesablanmış addımlardan biri demək idi. Səfərin əsas məqsədlərindən biri də geopolitik baxımdan atılacaq addımların xəritəsinin bundan sonra necə cızılmasını müəyyən etmək idi. Onu da nəzərə almaq lazımdır ki, burada əsas faktorlardan biri də İran ətrafında yaranan durumla bağlı idi. Bölgənin Rusiyanın mövqelərinin daralması, atılacaq bir sıra addımların dəqiqləşdirilməsi də maraq doğruan amillərdəndir. Rusiyanın çox güclü olduğu Ermənistanda ABŞ-ın dəstəyi ilə çevrilişə gedildi və nəticədə hərbi xunta rejimi devrildi. Bu da öz növbəsində NATO-nun Cənubi Qafqazdakı hədəflərinin coğrafiyasının genişlənməsinin aparıcı ünsürlərindən birinə çevrilməsinə səbəb oldu. Ermənistan hələ də Tehrana ümid edir Cənubi Qafqaz üzrə strateji baxımdan əksər mütəxəssislərin fikrincə, Ermənistan və Gürcüstanda ikinci dalğa baş qaldıracaq. Bu daha çox Rusiyadan uzaqlaşma və Qərblə yaxınlaşma mərhələsi sayılacaq. Belə bir dönəmin başlaması ilə Azərbaycana olan maraqlar daha da artacaq. Çünki yaxın gələcəkdə Avropanın enerji təhlükəsizliyi ehtiyacının ödənilməsində Azərbaycan mühüm yer tutur. Belə ki, keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycana böyük təzyiqlər oldu. Ölkəmizin başına gələn bəlalar, torpaq itkilərimiz həm də onunla bağlı idi ki, gələcəkdə Azərbaycan Avropanın və dünyanın enerji təminatında rol oynamasın. Durumun belə bir məcraya yönəldilməsinin baiskarı Ermənistan olsa da, İrəvanda və qondarma Dağlıq Qarabağda aparıcı ünsür adını İran İslam Respublikası qoymuş Tehran rejimi idi. Bizə qonşu olan bu dövlətin bir çox ifrat mühafizəkar çevrələri aşağıdakı hədəfləri irəli sürürdülər: 1. “İran İslam İnqilabının ixracı” ideologiyasını Azərbaycana pərçimləyə bilmədiyi üçün, 2. 1930-cu ildə Rza Pəhləvi rejimi tərəfindən dövlət siyasətinin aparıcı ünsürünə çevrilən “bozorge ariyayi” (böyük ari, ifrat fars millətçiliyi və paniranizm), 3. Tehran rejiminin bütün qonşu dövlətlərə təsir vasitələrinin rəsmi status qazanması, 4. Cənubi Qafqazda “arizm” doktrinasının təməli kimi ermənilərə üstünlük verilməsi, 5. Azərbaycan Respublikasında müstəqil dövlət hüququnu qazanmaqla yanaşı, baş verən milli oyanışın Güney Azərbaycana təsir imkanlarının neytrallaşdırılması, 6. Qondarma “Dağlıq Qarabağ münaqişəsi”nin həll edilməməsi üçün Ermənistana daimi yardım siyasətinin davam etdirilməsi, 7. Azərbaycanın Güney Qafqaz, Avropa və Orta Asiya ilə uzlaşdırılmış inteqrasiyasının qarşısının alınması, 8. Güney Qafqaz və Orta Asiyanın enerji resurslarının dəhliz kimi dünya bazarında alternativə çevrilməsinin qarşısının alınması. Bu anlam elə indinin özündə də Tehran rejiminin dəyişməz hədəflərinin prioriteti olaraq qalır. İrəvanın da maraqlarını təmin edən bu yanaşım tərzi iki dövləti uzlaşdıran başlıca faktordur. Dünyaya inteqrasiya olunan Azərbaycan Bzim neft, qaz və digər məhsulumuzun dünya bazarına çıxarılmasının qarşısını almağa çalışan əsas qüvvə məhz Ermənistan üzərindən İranın apardığı siyasi gedişlər olub. Biz müstəqilliyimizin ilk çağında məhz bu təzyiqlərlə üzləşdik. İndi Azərbaycan TAP, TANAP, BTC, Bakı-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizinin çox böyük layihələrə imza atmışıq. Türkiyədə “Star” zavodunun açılışı, habelə “Petkim”-in fəaliyyəti mühüm hadisəsidir. Azərbaycan ciddi addımlar atır. Ötən il Con Boltonun Güney Qafqaz səfərinin digər mahiyyəti isə, Ermənistanda keçirilən seçkilər ərəfəsində münaqişənin qızışması müharibənin ola bilməsi ehtimalına bağlı idi. Faktiki olaraq C. Bolton bu səfəri ilə belə bir təhlükənin qarşısının alınmasına çalışdı. Bu barədə həmin ərəfədə ABŞ-ın Ermənistandakı səfirinin açıqlaması olmuşdu. Səfir torpaqların qaytarılmaması barədə ermənilərin düşüncəsini səsləndirmişdi. Çünki o, çox yaxşı bilirdi ki, Ermənistanda istər xunta rejimi, istərsə də demokratiya tərəfdarları olsun, onların hamısı faşizm xəstəliyinə tutulub və torpaqların azad olunmasına qarşıdırlar. Belə bir məqamda Con Bolton Qarabağ münaqişəsinin sıfır nöqtəsindən aktivləşdirilməsi təəssüratı yaradırdı. Halbuki, bütün Qərb dünyası da çox yaxşı dərk edir ki, Azərbaycan olmadan Güney Qafqaz siyasətində hər hansı bir uğura imza atmaq mümkün deyil. Qərbdəki bir çox mərkəzlərin etirafına görə, Yaxın Şərq ölkələrindən fərqli olaraq, Güney Qafqaz və Orta Asiyanın eenerji resurslarına indi daha daha çox ehtiyac vardır. Bunun əsil səbəblərini də dilə gətirməyə başlayıblar. Orta Asiya və Güney Qafqaz üzərindən dünya birliyini təhdid edən hər hansı ideoloji, teoloji və digər faktorlar yox kimidir. Faktiki olaraq enerji layihələrinin hamısı Türkiyə vasitəsilə həyata keçirilir. Yaxın Şərqdə baş verən proseslər göstərdi ki, bölgədə ən güclü müttəfiq Türkiyədir. Beləcə Türkiyə regional gücdən dünyəvi gücə çevrilir. Artıq o da bəlli olur ki, Suriya, İraq, Türkiyə və Güney Qafqaz məsələsində türk xalqlarını görməzlikdən gəlmək tamamilə yalnış nəticələrə səbəb olur. Ötən il noyabr ayının 4-də İrana tətbiq olunan embarqo və bir sıra sanksiyalar artıq yeni mərhələyə qədəm qoyub. İrəvan çıxış yolları arayır, Tehran rejimi özünü qorumağa çalışır Bir çox araşdırmaçılar onu da etiraf edirlər ki, İran iş adamları İrəvanda ofşor şirkətlər yaradıb və pullarını ora cəmləşdirirlər. Bu vasitə ilə dünyaya çıxırlar. Çünki, İrana qarşı tətbiq olunan embarqo onları buna vadar edir. Bu səbəbdən də İrəvan üzərindən dünya bazarındakı mövqelərini qorumağa çalışırlar. Hələlik Qərb bütün bunlara göz yumaraq Ermənistanın ayaq üstə durmasını dəstək verir. İranla Ermənistan qədər güclü əlaqəsi olan ölkə yoxdur. İran firmalarının Ermənistanda ofşor zona kimi istifadə etməsi, habelə Rusiya şirkətlərinin oradakı fəaliyyəti sanki diqqət mərkəzindən kənardadır. Gerçəkdən İrana qarşı embarqo sərt xarakter daşıyırsa, o zaman Ermənistan ərazisindən ofşor zona maliyyə əməliyyatlarının və pul köçürmələrinin qarşısı mütləq şəkildə alınmalıdır. Nəinki Ermənistanda, eləcə də qondarma Dağlıq Qarabağda da “Master Card” və “Visa Card” vasitəsilə də pul köçürmə əməliyyatları aparılır. Qərbin buna diqqət yeritməsi çox vacibdir. Çünki, İranın Ermənistan və qondarma Dağlıq Qarabağ üzərindən həyata keçirdiyi maliyyə əməliyyatları daha çox silah və narkotika qaçaqmalçılığına xidmət erdir. Dağlıq Qarabağ işğal edilən ərazidir, orada separatçı rejim qurulub, üstəlik bu rejim haqlı olaraq beynəlxalq şəkildə tanınmır. Bu halda niyə orada “Visa Cart” və ya “Master Card”, pul köçürmələr işləməlidir? Bu məsələyə diqqət ayırmalı və Azərbaycan bir dövlət olaraq bunun qarşısını almalıdır. Beynəlxalq embarqo ilə üz-üzə qalan İranın dünyaya çıxış üçün Ermənistandan “pəncərə” kimi istifadə edirsə, gələcəkdə bizim işğal altında olan Dağlıq Qarabağa pul yatırıla bilər. Qondarma Dağlıq Qarabağ rejiminin dəstək verdiyi şirkətlər və İran amili 2018-ci il dekabr ayının 2-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdim etdiyi siyahıya görə, ölkəmizin qanunlarını pozaraq, separatçı Dağlıq Qarabağda bir sıra xarici ölkə şirkətlərinin fəaliyyətləri haqqında dəqiq bilgilər açıqlanmışdır. Həmin şirkətlər əksəriyyəti isə İrana məxsusdur: “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar” (Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), “Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), "Derəxşan” (İsmayıl İbrahimi), "Şahsuvari” (Rza Şahsuvari), "İzorof” (Təhmuraz İmani), "Rizşin” (Əli Əzhəri), "Elivoud” (Hüseyn Şeybani), "Tirkaran” (Məhəmməd Ənsari), "Mələki” (Hüseyn Mələki), "Luba” (Əli Azad Əfruz), "Nardino” (Siyamək Boləndi), "Kultrom” (Səda Allahverdiyan), "Şadan” (Şəhruz Hüseyni), "Sunesar” (Nasir Ətayi), "Suzan” (Behruz Caznəgu), "Növcavan qardaşları” (Cavad Növcavan), "Tatyo” (Arlen Davudyan), "Şahinans” (Vahik Şahinans), "Şahbaz” (Məhəmmədrza Baqeri), "Kyudot” (Rəhim Ali), "Ambret” (Pərviz Nüsrəti), "Bir” (Hadi Purradi Gərgəri), "Kondal” (Əsğər Fədai), "Aypeks Nur” (Əfşin Nəsiri), "Miyad” (Yunes Rezayi Əqdəm), "Paknam” (İsa İmami), "Marlik” (Əli Nəsirli Livarcani), "Şahab Səhənd” (Cavad Rəhimi Namdar), "Ərcümənd” (Əlirza Ərcümənd), "Livarcan” (Möhsün Cənabiyye), "Silis Şen” (Seyid Əbülfəz Səlili), "Minamesa” (Məhəmməd Eslami), "Nadir” (Nadir Kərimiyan Siyahrud), "Rand” (Rəhman Behruzi), "Trakliyan” (Həmid Xorrəmi), "Didar” (Əlirza Həlimi), "General Oil” (İbrahim Dadaşi Fərxəndi), "Aştarak” (Məhəmməd Əli Əsğəri), "Necati” (Yusif Necati), "Alişan” (Serjik), "Hadi” (Rza Hadi), "Zakeri” (Mənuçehr Zakeri), "Apada” (Əlirza Firuzməndi), "Olaks” (Yusif Çaleş), “Biga” (Jerj Qədimi), “Şin Ezgim” (Əmir Əzhəri), "Əndişeyi İraniyan” (Əli Əlicanduxt), "Tun tun” (Serj Əmirxanyan), "Zöhrabyan” (Zöhrabyan qardaşları) və "Edko” (Armen Xodobəxşiyan) kimi şirkətlərdir. Bu şirkətlərin adından tez-tez Dağlıq Qarabağa bizim bank yolu pul köçürmələri olur. İranın “Part Saman Caal Ko” şirkəti ilə separatçı qurumun rəhbərliyi arasında imzalanan müqaviləyə əsasən, 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidi (Yuxarı məscid) rekonstruksiya edilib. İranla isti münasibətləri olan və Livan hökumətində nazir postu tutan Nikol Mişel Fattuşun qardaşı, “K-Telekom”un sahibi Pyer-Mişel Fattuş isə Azərbaycanın işğal altındakı ərazilərində mobil rabitə xidməti göstərən "Qarabağ-telekom”un direktorlar şurasının sədridir və onun ona məxsus olan “K-Telekom”şirkəti 10 ildən coxdur ermənilərə xidmət göstərir. O da bəllidir ki, İrana bağlı olan şirkətlər İrəvandakı “İran Mellat Bankı” vasitəsilə maliyyə əməliyyatlarını həyata keçirirlər. “İran Mellat Bankı”nın İrəvan filialı 2016-cı ilin aprelində "Dağlıq Qarabağ Respublikasına” külli miqdarda maliyyə yardımı göndərib. “İran Mellat Bankı” tərəfindən əvvəllər həmin bankın İrəvan filialının keçmiş şöbə müdiri, Ermənistan vətəndaşı Hraçya Talışi Ovanisyanın etirafı: "2016-ci ilin aprel hadisələri zamanı “İran Mellat Bankı”ının tapşırığı ilə "Dağlıq Qarabağ Respublikası” üçün növbəti dəfə maliyyə yardımı aparmaq məqsədilə Xankəndinə səfər etmişəm. Öncə Gorusa, daha sonra isə orada toplanan könüllülərə qoşularaq Dağlıq Qarabağa getmişəm. Qarabağda olarkən bir sıra dövlət məmurları ilə, o cümlədən, general Manvel Qiqoryanla görüşdüm və bankın Qarabağa göndərdiyi maliyyə yardımları barədə müzakirələr apararaq fikirlərimi paylaşdım.adı Əgər İran rejiminə qarşı beynəlxalq səviyyədə embarqoları nəzarətdə saxlamaq istəyən güclər varsa, biz İrəvanda və qondarma Dağlıq Qarabağda fəaliyyət göstərən maliyyə strukturları barəsində adı çəkilən şirkətlərin ünvanlarını və rəhbərlərini bu yazımızda ona görə qeyd etdik ki, Güney Qafqaz siyasətinə qarşı sarsıdıcı zərbərlər vuranların kimliyini daha aydın görə bilsinlər. Ə.Yusifoğlu, Hurriyyet.org