​Erməni kəşfiyyatçı HƏR ŞEYİ AÇDI: Azərbaycan bu əməliyyatla bizi İranla...

Baxış sayı:
17611

Azərbaycan Ordusu Qarabağa gedən bütün əsas yolları nəzarətdə saxlayır.
Bu barədə keçmiş erməni kəşfiyyatçı, hərbi ekspert Vova Vartanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Naxçıvan istiqamətində uğurlu əməliyyatlar həyata keçirərək, buna nail oldu: “Ermənistan ordusu son dövrlər hərbi istiqamətdə heç bir uğur əldə edə bilməyib. Silahlanma lazımi səviyyədə deyil, ötən il Su-30CM təyyarələrinin alınacağı haqqınbda xəbərlər yayılsa da, reallıqda heç nə yoxdur. Mən əvvəldən xəbərdarlıq etmişdim ki, Azərbaycan Qarabağa gedən yolları nəzarət altına alacaq. Mənə dedilər ki, təşviş yaratma. Amma nəticədə bu baş verdi və Azərbaycan uğurlu əməliyyatlarla bizi İranla bağlayan, Qarabağ üçün əsas nəfəslik rolunu oynayan dövlətlərarası yolu nəzarətə götürdülər. Lakin bu, son deyil”.
V. Vartanov bildirib ki, Azərbaycanın hədəfi Qarabağı xarici dünyadan tamamilə təcrid etməkdir.
“Buna nail olmaq üçün Azərbaycan Ordusunun növbəti hədəfi Geqarkunik rayonu olacaq”, - deyə o bildirib./Publika.az