Erməni komandir: Rusiya gülünc vəziyyətdədir

Rusiyanın Türkiyəyə S-400 raket əleyhinə müdafiə sistemləri satması Ermənistan rəhbərliyini təşvişə salıb.
 
Bununla bağlı Ermənistanın ilk kəşfiyyat-diversiya qrupunun komandiri Vova Vardanov danışıb:
"Əgər Rusiyadan bu sistemləri almasaydı, Türkiyə NATO proqramı ilə onları əldə edəcəkdi. Əsas təşviş yaradan türklərin bu silahı əldə etməsi deyil, bizim tərəfdaşımızın bu raketləri Ankaraya satmasıdır".
Vardanov Rusiyanın Azərbaycana silah satmasına da münasibət bildirib:
"Rusiya Azərbaycana da silah satır. Bu o deməkdir ki, bizim tərəfdaşımız gülünc vəziyyətdədir. Bəlkə onlara daha az güvənək?"