Erməni KİV: “Paşinyanın yeni parlamenti yaşamağa qadir olmayacaq”

Baxış sayı:
2314

“Növbədənkənar parlament seçkiləri dekabrın 9-da olacaq, lakin Ermənistan bu seçkilərə hazır deyil”.
Bu barədə Ermənistanın “acnis” saytı yazıb.
Sayt qeyd edir ki, hakimiyyət dəyişəndən sonra Ermənistanda siyasi sistem iflic olub, siyasi platforma faktiki olaraq dağılıb.
“Cəmiyyətin böyük hissəsində bir inamsızlıq hökm sürür. İnqilab vaxtı belə deyildi, lakin zaman keçdikcə ümidsizlik hakim kəsilir. Partiyalar insanları seçkiyə getməyə inandıra bilmirlər. Çünki hakimiyyət dəyişəndən sonra insanlar ciddi proqramlar, real addımlar görmək istəyirlər”, - deyə sayt qeyd edir.
Məqalədə bildirilir ki, dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrini bilmək o qədər də çətin deyil: “Seçkidə Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası qalib gələcək, iki partiya əsas müxalifət olacaq. Lakin çətin ki, yeni parlament seçicilər üçün maraqlı olsun. Faktiki olaraq yeni parlament yaşamağa qadir olmayacaq. Çünki parlamentin rolu ictimai müzakirə meydançası olmaqdır. Hakimiyyət dəyişdi, lakin parlament öz funksiyalarını yerinə yetirmir. Bunun nəticəsidir ki, insanlar müzakirə aparmaq üçün fərqli platformalara üz tuturlar, bu da neqativ hadisələrlə nəticələnə bilər”.