Erməni inqilabının əsas nəticəsi - məyusluq, dilənçi həyat və...

Baxış sayı:
2092

İşğalçı ölkə vəd olunan iqtisadi sıçrayış əvəzinə, dərin staqnasiya mərhələsinə girib; Paşinyandan acı etiraflar; erməni baş nazir əvəzinin “iqtisadi inqilab ili” elan etdiyi 2019 daha çox sosial-iqtisadi təlatümlər vəd edir, nəinki rifah...

Gələn həftə Ermənistanın yeni parlamentinin ilk iclası olacaq. Gözlənilir ki, 9 dekabr seçkilərinin mütləq qalibi Nikol Paşinyan heç bir problem olmadan təzə baş nazir kimi təsdiqlənəcək və öz komandasını formalaşdıracaq. Daha doğrusu, təzə parlament indiki hökumətin tərkibini təsdiqləcəyək. Bununla da 8 may inqilabı rəsmən öz məntiqi sonluğuna çatacaq.

Lakin əsas əlbəttə ki, bu deyil. Qərbyönlü Nikol Paşinyanın narazı xalqa inqilab zamanı verdiyi çeşidli vədlərdir. Onların arasında əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, ölkədən kütləvi köçü azaltmaq və Ermənistana böyük sərmayələri cəlb eləmək öndə gəlir. Paşinyan həmçinin ölkədə korrupsiyanın kökünü kəsib çoxlu iş yerləri açacağı barədə vədlər verib.

Ancaq üstündən 8 aydan çox keçsə də, bu vədlərin heç biri ilə bağlı hansısa müsbət və inqilabi irəliləyiş baş verməyib, o ki ola inqilabi sıçrayış. Ermənistandan kütləvi emiqrasiya azalmayıb, hələ də normal iş tapa bilməyən iş qabiliyyətli gənc və orta yaşlı insanların ölkədən köçü davam edib. Böyük xarici investisiyaları isə hələ ki görən yoxdur. Ölkə üstəlik, təzə ilə rekord göstəricidə xarici borcla girib - 7.5 milyard dollar. Paralel surətdə əsas enerji daşıyıcılarından olan təbii qaz bahalaşıb. Yanvarın 1-dən Rusiya Ermənistana satdığı mavi yanacağı qiymətini hər kub metr üçün 150 dollardan 165-ə qaldırıb. Bu da o deməkdir ki, tezliklə bir sıra zəruri ərzaq məhsulları bahalaşacaq.

*****

ermənistanda aclıq ile ilgili görsel sonucu

Bu arada Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Yeni il bayramı tətilindən sonra erməni sahibkarlarla görüşüb. Baş nazir əvəzi onları ölkə iqtisadiyyatına daha fəal yatırım qoymağa çağırıb. Bu haqda Paşinyanın arvadının baş redaktoru olduğu “Aykakan Jamanax” qəzeti yazıb (virtualaz.org). Xəbər verilir ki, Nikol Paşinyan görüşdə sahibkarları yaşadıqları ölkələrdən başqa biznesmenləri də Ermənistana yatırım qoymaq üçün təşviq etməyə çağırıb.

“Paşinyan şikayətlənib ki, Ermənistanda baş vermiş siyasi dəyişikliklərə baxmayaraq, ölkənin iqtisadi həyatında fəallıq çox aşağıdır, hərçənd gözləntilər çox idi”. Bunu da qəzet yazıb.

9 ay öncəki “məxməri inqilab”ın əsas acı nəticəsi də əslində budur - nəticəsizlik, vəd edilən iqtisadi sıçrayışın əvəzinə, cəmiyyətdə oturuşmaqda olan dərin məyusluq, daha da ağırlaşan iqtisadi staqnasiya.  Zatən, ayrı sonuc gözlənilmirdi də. Çünki bütün nüfuzlu beynəlxalq maliyyə qurumlarının hesabatlarına əsasən, Ermənistanda investisiyaların yatırılması üçün ən başlıca əngəllərdən biri Azərbaycanla olan həll edilməmiş Dağlıq Qarabağa münaqişəsi və Türkiyə ilə sərhədlərin bağlı qalmasıdır. Bu əngəllər aradan qalxmadan istənilən “məxməri inqilab” Ermənistanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirə bilməyəcək. Və belə görünür ki, Paşinyanın məyusluğu da getdikcə artacaq.

Paşinyan ile ilgili görsel sonucu

Qeyd edək ki, Nikol 2019-cu ili “iqtisadi inqilab ili” elan edib. Lakin arzu başqa, reallıq - tam başqa. Əfsus ki, Ermənistanın yeni rəhbərliyi də sələfləri kimi arzuları gerçəklik kimi qələmə verməyə meyllidir. Ancaq bir azdan o da sərt reallıqla üzbəsurət qalacaq. Anlayacaq ki, iki əsas qonşu dövlət - Azərbaycan və Türkiyə ilə sərhədlər bağlı qaldıqca erməni xalqı rifaha və inkişafa heç vaxt qovuşa bilməyəcək. Bu mənada 2019 Ermənistana keçən illə müqayisədə daha çox sosial-iqtisadi təlatümlər vəd edir, nəinki rifah.

*****

Blokada rejimində olan düşmən ölkənin durumunu bir qədər də qəlizləşdirəcək, onun yeni hökumətinin manevr imkanlarını xeyli daraldacaq daha iki faktor var. Məsələ ondadır ki, bu il Ermənistanın iki mühüm müttəfiqi - Rusiya və İrana qarşı ABŞ-ın qat-qat sərt sanksiya siyasəti yürüdəcəyi gözlənilir. Bu sanksiyalar isə işğalçı ölkənin onsuz da pis olan sosial-iqtisadi və investisiya göstəriciləri üçün yaxşı heç nə vəd eləmir. Üstəlik, qərbyönlü Paşinyan hökuməti proseslərin gedişində seçim etmək zorunda qoyula bilər. Bu isə artıq həm də təhlükəsizlik məsələsi deməkdir. 

Ä°lgili resim

Açar problem isə artıq qeyd olunduğu kimi, Dağlıq Qarabağ məsələsidir. Nədən ki, Ermənistanın blokada rejimindən qurtulması, Azərbaycan və Türkiyə ilə sərhədlərin və strateji əhəmiyyətli kommunikasiya xətlərinin açılması, əsas nəqliyyat arteriyalarının işə düşməsi, ən əsası, bölgədə müharibə ehtimalının sıfırlanması bilavasitə Qarabağ məsələsinin həllinə və ya bu məsələdə mühüm irəliləyişə bağlıdır. Yalnız o halda Ermənistana böyük həcmdə xarici sərmayələr gələ bilər.

Əks halda, Paşinyanın gileyləndiyi kimi, heç erməni iş adamları da Ermənistana maraq göstərməyəcək. Çünki nə qədər gözəl qanunlar qəbul olunsa da, - yəqin ki, bir azdan Ermənistanın yeni parlamenti buna girişəcək, - biznes üçün əsas təhlükəsizlik zəmanəti və sərmayələrin perspektivdir. Biznesin milli, siyasi rəngi olmur. Olsaydı, Qərbdəki zəngin erməni iş adamları heç nəyə baxmadan Ermənistana böyük paralar yatırardılar...