“Erməni iddialarının kökü bir kəşfiyyat əməliyyatıdır” – Qondarma “erməni soyqırımı”nda RUS İZİ

Baxış sayı:
7360

Türk professor Həsən Köni başda Fransa olmaqla, bəzi Avropa ölkələrinin gündəmində olan “erməni soyqırımı” qanun layihələrinə münasibət bildirərkən, “Erməni iddialarının kökü bir kəşfiyyat əməliyyatıdır”, - deyib.
 
Professor Həsən Köni 24 TV ekranlarında maraqlı açıqlamalar verib. Həsən Köni İtaliya, Fransa və ABŞ-ın eyni zamanda hərəkətə keçməsi ilə birlikdə gündəmə gələn qondarma “erməni soyqırımı” iddiaları haqqında ictimaiyyətə bəlli olmayan həqiqətləri dilə gətirib.
Sözdə “erməni soyqırımı" çıxışlarının Qərbdə uzun illərdir tez-tez gündəmə gələrək Türkiyə əleyhinə istifadə edilməsinin tarixi arxa planını izah edən Köni, “Bu bizə Rus kəşfiyyatının bir hədiyyəsidir” deyib.
Sovet İttifaqının NATO-nun zəif olduğunu göstərmək üçün erməni terror təşkilatı ASALA-ya "Türk səfirləri NATO ölkələrində vurun" təlimatı verdiyini bildirən Köni, Rus kəşfiyyatının uzun müddət erməni lobbisini istifadə etdiyini ifadə edib.
Köni Ermənistanın Qarabağa təcavüzü və Azərbaycanla yaşadıqları müharibədəki Rusiyanın roluna diqqət çəkərək "Nuremberg məhkəmələrində soyqırım konvensiyasının necə əmələ gəldiyini bilən Ruslar idi" deyə söyləyib.

Müxalifət.az