Erməni hərbi maşınları DƏHŞƏT YAŞADI: ölü və çox sayda yaralı var

Baxış sayı:
11752

Ermənistanda 4 hərbi yük maşını toqquşub.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
Ermənistanın Müdafiə Nazirliyinin açıqlamasına görə, olay Arteni-Karakert avtomobil yolunda baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Toqquşan avtomobillərin hamısı Müdafiə Nazirliyinə məxsusdur.
Qəzanın səbəbi araşdırılır.