Erməni hərbçisi asılmış vəziyyətdə tapıldı

Avqustun 14-də Ermənistanın Şirak vilayətinin Atsik kəndində müddətli hərbi xidmət qulluqçusu olan əsgərin meyiti aşkarlanıb.
 
 “Ermənistan xəbərləri” portalı xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bu məlumatı təsdiqləyib.
Əsgərin meyiti əmisinin evində asılmış vəziyyətdə tapılıb.
Təfərrüatlar açıqlanmır.