​Erməni hərbçiləri qəzaya düşdü: Yaralılar var

Ermənistanın Müdafiə Nazirliyinə məxsus ZİL markalı avtomobil Sünik vilayətində qəza törədib.
 
Muxalifet.az xəbər verir ki, bu gün saat 11:00 radələrində Qafan-Mehri yolunun Lick kəndinin inzibati ərazisində orduya məxsus ZİL hərbi maşını "Mersedes" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar "Mehri" tibb mərkəzinə aparılıb. Hazırda sürücü və yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.