​Erməni futbolçu Bakıya gələcək? UEFA açıqladı, AFFA təsdiq etdi

Baxış sayı:
14392

“Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan Avropa Liqasının Bakıda keçiriləcək final görüşündə iştirak edəcək.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu UEFA açıqlayıb.
TASS-ın məlumatına görə, qurumun mətbuatı xidməti yarımmüdafiəçinin həlledici qarşılaşmada iştirakı ilə bağlı bağlı problem yaşamayacağını deyib: “Futbolçuların UEFA bayrağı altında keçirilən yarışlar zamanı başqa ölkələrə getməsi üçün viza almasına görə assosiasiyalar, klublar və səfirliklər arasında yazışmalar təşkilat üçün standart prosedurdur. Bu məsələdə UEFA və “Arsenal”ın istəyi ilə AFFA təsdiqləyib ki, oyunçunun ölkəyə girişi və orda olması ilə bağlı problem yaşanmayacaq, müvafiq təhlükəsizlik tədbirləri görüləcək”.
Qeyd edək ki, Avropa Liqasının finalı “Arsenal”la “Çelsi” arasında baş tutacaq. Final mayın 29-unda Bakı Olimpiya Stadionunda keçiriləcək.