​Erməni firması Azərbaycandan milyonlar qazanır – Hiylə

Baxış sayı:
7111

Redaksiyamıza hansısa bir erməni nəqliyyat firmasının Azərbaycanın ərzaq məhsullarını sataraq, böyük pullar qazanması barədə məlumat daxil olub.
Axar.az-ın müxbirinin apardığı araşdırma nəticəsində məlum olub ki, həqiqətən də İrəvanda Sarı-Tax-14 ünvanında qeydiyyatda olan “Lardi-trans” firması Azərbaycanın Şəmkir rayonundan 20 ton xurma və Bakının Zirə qəsəbəsindən 20 ton pomidorun Rusiya paytaxtına daşınması ilə bağlı bu ilin fevralında internetdə elan verib.
Elanda Azərbaycan şəhərlərindən Moskvaya məhsulların çatdırılması üçün 4100 dollar təklif edilib.
Bir neçə gün sonra məhsullar Moskvaya çatdırılıb. Konkret olaraq Azərbaycan məhsulları “Food City” supermarketlər şəbəkəsində satışa çıxarılıb.
Azərbaycan məhsullarının satışına görə qazanılmış bütün məbləğ İrəvana göndərilib.
Mənbənin sözlərinə görə, sözügedən firma uzun müddət İran, Rusiya və Dağıstan firmalarından istifadə etməklə, Azərbaycan məhsullarının Rusiya bazarlarına daşınmasını həyata keçirib. Belə ki, erməni firması internetdə elan verir, daşımanı həyata keçirəcək xarici şirkət tapır, malı Azərbaycandan çıxartdırdıqdan və mənzil başına çatdırdıqdan sonra satışını həyata keçirir.