Erməni deputatdan ŞOK AÇIQLAMA: Slavyan - türk birliyi bizə düşməndir

Baxış sayı:
8934

Əslində KTMT- slavyan-türk birliyidir və bizə düşməndir. Ayrıca, onlar - Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus - istər strateji, istərsə də adi, konfessional müstəvidə düşmənimizin müttəfiqləridir.
Muxalifet.az lragir.am-saytına istinadla bildirir ki, keçmiş deputatı Azat Arşakyan KTMT-dən şikayətlənib.

İrəvanda olan Rusiya rəsmiləri bəyan etmişdi ki, erməni tərəfinin KTMT-yə müraciət etmədiyi üçün, Azərbaycan tərəfinin sərhəd rayonlarını atəşə tutmasına münasibət bildirməyiblər. 
Düşmənimizin dostları bizimlə dost ola bilməzlər, buna görə də bu ittifaqda məğlub ölkəyik. Rəqibimizin dostları ilə vassal münasibətdə olduğumuza görə günahkarıq. KTMT isə ümumiyyətlə Ermənistan üçün təhlükəsizlik sistemi deyil. Bu əsirlikdə bizim əl-qolumuzu bağlayan gözətçi patruldur. Öz üzv ölkələrini qoruyan təhlükəsizlik sistemi NATO-dur. Bu alyans demokratik ölkələrin təhlükəsizliyini qoruyan qurumdur. KTMT isə avtoritar, qorxulu ölkələrin təhlükəsizliyini təmin edir. Demokratik yolu seçən ölkəmiz isə bu bloka müraciət etsə belə necə kömək ala bilər? Hətta biz onlara müraciət etsək belə bizə olunan təcavüzə haqq qazandıracaqlar. Bu artıq baş verib. Hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və öz "müqəddəratını təyinetmə hüququ"nu tanımırlar. Yəni bu, avtoritar ölkələrin özünümüdafiə sistemidir. Biz orada nə axtarırıq?
Rusiya Gümrüdəki bazasının gücünü iki qat artırmaq niyyətindədir və bununla hansı mesajı vemək istəyir?
Rusiya NATO ilə müharibəyə hazırlaşır və Ermənistanı hədəfə çevirir. NATO-ya hücum Ermənistan ərazisindən həyata keçiriləcək və Ermənistan bunu dəstəkləməli olacaq. Biz demokratik ölkələrə qarşı bir maşa kimi istifadə oluna bilərik. Hərçənd ki, bazanın gücünün ikiqat yox, üçqat artırılmalı olduğunu düşünürəm. 7-ci Ordu Buradan gedərkən bütün daşınan – daşınmaz əmlakını Ermənistanda qoyub getdiyi kimi, bu baza da hər şeyi burada qoyub gedəcək. Rusların biz ermənilərlə necə davrandıqlarını artıq neçə dəfə görmüşük. Düşünürəm ki, ruslar silahlarını Gümrüdəki 102-ci bazada qoyub  öz qazellərində burdan gedəcəklər. Hətta istəsələr onları Suxoy təyyarələrində buradan yola sala bilərik.
Bu nə vaxt baş verə bilər? Heç kim bilmir. 1990-cı ildə Rusiya qoşunlarının Qarabağda “Üzük”əməliyyatını keçirəcəyini gözləmirdik. Yenidənqurma və QKÇP-nin də olacağını bilmirdik. Putin və Makronun bir neçə gün əvvəl Parisdə nə haqda razılığa gəldiyini və qoşunları Donetskdən çıxartmağın nəyi nəzərdə tutduğunu bilmirik. Belə ki, Rusiya və Ukrayna qoşunları geri çəkilir. II Nikolay niyə çar olmaqdan imtina edib? İndi də belə sürprizlər ola bilər.
Dövlət Dumasının deputatı Leonid Kalaşnikov bildirib ki, Rusiya Ermənistana digər ölkələrə vermədiyi silahları verir. Bu, Azərbaycana silah tədarükü üçün bir bəhanədirmi?
Rus silahlarının keyfiyyəti məlumdur, sadə, keyfiyyətsizdir, amma ucuzdur. Ən yaxşı silahlar NATO-dadır. NATO ordusu müasir və yüksək keyfiyyətli silahlarla təchiz olunub. Rusiya isə öz keyfiyyətsiz silahlarını bizim kimi ölkələrə satır. Belə desək, Azərbaycanla müharibədə bu, bizə üstünlük təmin edə bilməz. Rusiya silahlarının keyfiyyətsiz olması iki dünya müharibəsi zamanı aydın oldu. Kalaşnikovların əlçatmaz bir silah olması da bir mifdir. “Kalaşnikov”un əsl adı “Schmeiser”dir.
NATO ölkələrinin verdiyi silahlar həqiqətən də yüksək keyfiyyətlidir, məsələn, ABŞ hər il İsrailə 3 milyard dollar dəyərində silah verir. Üstəlik, ABŞ öz bazalarını silahla təchiz etmir, həmçinin müttəfiqi silah, təlimatçı ilə təmin edir. Qoy ruslar ABŞ-dan nümunə götürsünlər. İsrail özü öz təhlükəsizliyini və hətta digər ölkələrə, o cümlədən Azərbaycana silah təchizatını təmin edə bilir. Ruslar Ermənistana silah verməsə, bunu başqaları edəcək. Bolton, keçən il ABŞ-ın ermənilərə lazım olduğu silah verə biləcəyini demişdi.
Dövlət Dumasının deputatı Konstantin Zatulin bəyan edib ki, Ermənistana təcavüz olarsa, KTMT mexanizmi işə düşəcəkdir. Buna etibar edə bilərikmi?
Onların bizə  kömək etməyəcəklərini bilirik. Belə olmasaydı 102-ci rus bazasına verilən silahları Ermənistan ordusuna verərdilər və rus bazası burada lazım olmayacaqdı. Rus ordusu işğalçı ordudur.
Biz nə slavyan, nə türk deyilik. KTMT yalnız türklərin maraqlarını müdafiə etmək üçün müdaxilə edə bilər. Sərhədlərimizi isə ermənin ordusu müdafiə edir və rusları köməyə çağırmır.
Muxalifet.az