​Erməni deputat xaricə QAÇDI

Baxış sayı:
4015

Ermənistan parlamentinin deputatı, keçmiş təbiət mühafizəsi naziri Aram Harutünyan ölkədən qaçıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, 14 milyon ABŞ dolları məbləğində rüşvət almaq ittihamının irəli sürüldüyü A.Harutünyan parlamentin bu yaxınlarda baş tutmayan iclasında toxunulmazlıqdan məhrum ediləcəkdi.
Bununla yanaşı, millət vəkili Aram Harutünyanın istintaqdan yayınması ehtimalını nəzərə alan Baş Prokurorluq onun barəsində cinayət işi başlamağa və həbs qəti imkan tədbirinin tətbiqi üçün parlamentə müraciət edib.