Erməni deputat: “Qarabağda bizə təhlükəsizlik lazımdır, lüks avtomobillər yox”

"Hər şeydən öncə təhlükəsizlik gəlir. Bölgədə bundan çox heç nəyə ehtiyac ola bilməz. Yaşadığımız bu cür şəraitdə bu lüks nəyə lazımdır? Yolverilməzdir, bizim üçün uyğun deyil".
 
Bu sözləri Ermənistanın aravot.am portalına müsahibəsində qondarma “DQR” Məclisinin üzvü, “88 hərəkatı”nın rəhbəri Eduard Aqabekyan deyib.
O, hökumət nümayəndələri üçün alınmış lüks avtomobillərin əbəs yerə olduğunu bildirib:
"O pulu digər sahələrə yönəltmək olardı. Maşınlara böyük məbləğ xərcləmək bizi çətinliklərə məruz qoyur. Tamamilə səhv addımdır. Biz millət vəkilləri buna heç bir şəkildə icazə verməməliyik. Hökumət rəsmiləri köhnə avtomobillərlə də gəzə bilərlər”.
Qeyd edək ki, bir müddət öncə qondarma rejimin rəhbərliyi "hökumət"in yüksək vəzifəli məmurlarının yeni avtomobillərlə təmin olunması barədə qərar çıxarmışdı.