Erməni deputat: “Aprel döyüşlərində” xərclənən böyük pullar HANI?

Ermənistan parlamentində 2016-cı ildə dövlət büdcəsinin hara xərclənməsi haqda müzakirələr zamanı deputat Nikol Paşinyan etirazla çıxış edib.
 
N.Paşinyan büdcədən “aprel müharibəsi”nə xərclənən vəsaitin gizlədildiyini bildirib: “Büdcənin xərcləri qeyd olunur, lakin “aprel müharibəsi” haqda heç bir məlumat yoxdur. Bu müharibə Ermənistanın iqtisadi mühitinə hansı təsirləri göstərdi? Bizim hazırkı iqtisadi potensialımız qaçılmaz müharibəyə hansı dərəcədə hazırdır? Yeni müharibənin iqtisadiyyatımıza hansı təsirləri olacaq? Deyilirdi ki, “aprel müharibəsi”ndən sonra böyük pullar xərclənib, lakin büdcə hesabatında bunlar öz əksini tapmır”.
Paşinyan qeyd edib ki, “aprel müharibəsi” zamanı ölkəyə ən aşağı səviyyəli pul daxil olmaları qeydə alınıb.
“Bu onu təsdiq edir ki, müharibə olanda biz dövlət kimi ciddi etibar böhranını yaşayırıq. Bu, gələcəkdə də belə ola bilər”, - deyə o bildirib.