Entoni Coşua boks üzrə superağır çəkidə dünya çempionu titulunu qoruyub

Coşua dördüncü raundda rəqibini nokdauna yollayıb
 
Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyanın (IBF) versiyaları üzrə superağır çəkidə dünya çempionu, britaniyalı Entoni Coşua kamerun əsilli Fransa boksçusu Karlos Takama ilə görüşdə qalib gələrək hər iki titulunu qoruyub.
Kardifin 75 minlik “Millenium” stadionunda baş tutan görüşdə Coşua dördüncü raunda rəqibini nokdauna yollayıb, 10-cu raundda isə qarşılaşmanın hakimi britaniyalının tam üstünlüyünü nəzərə alaraq görüşü dayandırmalı olub.
Bu, Coşuanın karyerasında 20-ci qələbəsi olub. İndiyə qədər britaniyalı bütün döyüşlərini nokautla başa vurub.