​Enerji içkisini qaynadın, görün nə olur... - VİDEO

Baxış sayı:
13555

Tərkibində su, şəkər, sakkaroz, glikoz şurubu, asit, sitrik asit, sodyum sitrat, karbondioksit, taurin, qoruyucu, potasyum sorbat, kafein, inositol, rəngləndirici, allura red, antioksidan, askorbik asit, guarana özütü, ginseng, glukoronoloktan, niasin, vitamin B3, tlamin, vitamin B1 olduğu deyilən enerji içkilərinin marketlərdə satışı dünyanın bir sıra ölkələrində qadağan edilib. Həmin ölkələrdə bu içkilər artıq apteklərdə satılır.
Buna səbəb həmin içkilərin insan sağlamlığı üçün son dərəcə təhlükəli olmasıdır. 
Bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması təklif edilsə də, buna müvəffəq olunmayıb. Tərkibində süni kofein olan belə içkilərin Azərbaycanda satışı yalnız məktəb bufetlərində qadağan olunub.
İlk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri xüsusilə gənclər arasında çox məşhurdur.
Yutub video prtalının "Demədi demə” hesabında bu içkiylə bağlı bir təcrübə aparılıb. İki banka içki ocaqda qaynadılır. Nəticə isə adamı düşünməyə vadar edir.
Videonu təqdim edirik.