Emin Hüseynovun qayınanası: “Ailə qurmamışdan öncə Eminin qara ciyəri dəyişilmişdi!!!”

Baxış sayı:
6166

Bəybala Hüseynovun oğlu olüb, ya öldürülüb?

Xeyli vaxtdı bəzi mətbuat orqanlarında Badamdar bələdiyyəsinin keçmiş rəhbəri Bəybala Hüseynovun oğlu, Baş Prokurorluğun keçmiş əməkdaşı Emin Hüseynovun öldürülməsi ilə bağlı məlumatlar dərc edilməkdədir. Sözügedən məsələ ilə bağlı Respublika Baş Prokrorluğunun verdiyi bəyanat mətbuat orqanlarında da dərc olunaraq səsləndirilən iddialara cavab verilsə də, Bəybala Hüseynovun şikayətləri səngimək bilmir.

Məsələ ilə bağlı jurnalist araşdırmasına qərar verərək, bir çox qaranlıq mətləblərə aydınlıq gətirməyə çalışdıq. Araşdırma nəticəsində mərhum Emin Hüseynovun ölümündə “təqsirkar”ları da danışdırmaq imkanımız olduğundan məsələnin tam təfərrütını sizlərə də təqdim edirik. İlk öncə Bəybala Hüseynov tərəfindən təqsirləndirilən mərhum Emin Hüseynovun qaynanası, Aygün Mövsumovanın fikirləri dinlədik:

Sizin keçmiş qudanız Bəybəla Hüseynov müsahibələrində iddia edir ki, oğlu Emin Hüseynovun ölümündə oğlunun həyat yoldaşı, yəni sizin qızınızın da əli var. Bu məsələyə sizin münasibətinizi bilmək istərdik...

- Siz diqqətlə mənə baxın, mənim haqqımda deyilənlər sizcə həqiqətdir? Əslində bu barədə danışmaq istəmirəm. Danışanda əsəb keçirirəm. Çünki internetdə ağına-bozuna baxmadan nə gəldi yazırlar. Bəybala bilmirəm nəyin peşindədi, amma danışdıqları hamısı yalandır. Birinci onu deyim ki, Bəybalanın bir oğlu yox iki oğlu var. Allah şəfasın versin, onun ikinci oğlu da xəstədif. Rəhmətlik Emin ailə qurmamışdan öncə qara ciyəri dəyişilmişdi. Qızım 2016-cı ildə ailə qurandan sonra Emin iki dəfə də əməliyyat oldu. Rəhmətliyin şəklinə baxanda da görsənir ki zəif, xəstə uşaqdı. Fevral ayında (rəhmətə gedən il nəzərdə tutur) Eminin qanı düşdü və mədəsinə qan sızdı, təcili Türkiyyəyə apardılar və əməliyyat elədilər. Sonra aprel ayında varikoz genişlənməsi oldu. Bir sözlə mənim qızım cəmi 11 ay orda gəlin oldu və 11 ay ərzində bir gün belə Eminin vəziyyəti yaxşı olmadı. Hər gün haldan hala düşürdü. Onlar 2017-ci ilin avqust ayında Antalyaya getməzdən öncə analiz verdilər, nəticələr ürəkacan olmadı, pis çıxdı. Emin xəstəliyi ilə bağlı əvvəllər uznmüddətli Türkiyədə yaşıyıb. Hətta nişanlı olan vaxtı da Ukraynaya getmişdi, orda da qanaxma olmuşdu Emində. Bəybala hansı sağlamlıqdan danışırdı ki uşaq il boyu qızdırma içində olurdu? Çox yaxşı uşaq idi. Həm yeznə kimi həm də insan kimi yaxşı insan idi. Allah rəhmət eləsin. İnternetdə yayılan videonu görəndən indiyə qədər özümə gələ bilmirəm.

-Bilə-bilə onun qara ciyəri dəyişilib niyə qızınızı ona ərə verdiniz?

-Biz, yəni ailəmiz Eminin xəstə olduğu haqda məlumatımız var idi. Amma qaraciyərinin dəyişilməsini, ağır əməliyyatlar keçirməsini bilmirdik, bunu bizdən gizlətmişdilər.

-Bəybala Hüseynovun iddiasına görə sizin baciniz oğlu Emin rəhmətə gedəndə onun telefonunu suya atıb.

-Bəybala özündən hoqqa çıxarır. mənim qızımın o telefondan ümumiyyətlə xəbəri olmayıb. O telefon məsələsin Mənim qızım o evdən çıxandan sonra üzə çıxıb.? Ikincisi o, mənim bacım oğludursa Bəybalanında da qaynı oğludur.. nəyə görə bizim adımızı hallandırır?? Bəybala gedib versin hüquq mühafizə orqanlarına. Qoy təsdiqin tapsın onun dedikləri.

-Siz Bəybala Hüseynovla necə qohumsunuz?

-Bəybalanin yoldaşı bacımın baldızıdır.

- Yayılan videodan görünür ki, Emin Hüseynov idman zalinda rəhmətə gedib. Amma Bəybala Hüseynov müraciətlərində deyir ki, siz onun əmlakını ələ keçirmək üçün bu addımı atmısınız?

Allah var baş üstündə. Mənim qızımın indi 21 yaşı var. Necə Allahsız danışmaq olar? 18 yaşlı bir atasız qızın bunları edəcəyini ağlınıza gətirirsiniz? Emin rəhmətə gedəndən 4 ay sonra mən qızımı o evdən çıxartdım. Ancaq qızıma aid paltarları götürüb qaçdım o evdən. Əgər mal-mülk davası döyən idimsə elə aldığım mebbelləri götürərdim də.

Bəybalanı hardasa başa düşmək olar. Cavan oğlu rəhmətə gedib bilmir etdiyini amma mətbuat nümayəndələri niyə belə edirlər, onları anlamaqda çətinlik çəkirəm. Onlar bilirlərmi bu məlumatları internetə yerləşdirəndə qızım intihar etmək istəyir. Qızım tələbədir. Qrup yoldaşları gətirib göstərilər ona Bəybalanın çıxışlarını ittihamlarını. Düşünmürlərmi bir gəncin həyatını məhv edirlər? Bir nəfər intihar edəndə düşürsünüz kiminsə üstünə ki, filankəsin ucbatından intihar etdi. Bu dəfə qızım intihar etsə o mətbuat kimin üstünə düşəcək? Onu yazan jurnalist gəlib mənim günümü görsə inanın utandığından bu movzunu daha yazmayacaq.

-Emin yoldaşı ilə Türkiyəyə gəzmək niyəti ilə getmişdimi və bu təklif kimdən gəlmişdi?

- Onlar evlənən ili də getmişdilər Antalyaya. Bu dəfə də Londona getmək istədilər. Viza problemi olduğundan təkrarən Antalyanı seçdilər. Birdə ki rəhmətlik Emin elə bir adam idi ki, ona nəyisə məcbur etmək mümkünsüz idi. Özü Antalyanı istədi və ora da getdi.

Sizə bir söz deyim, Bəybala çox gözəl bilir ki onun oğlunun xəstəliyi nədir. Niyə ona-buna şər atır mən bilmirəm. Ama tək bildiyim odur ki, oğlu Antalyada komaya düşəndə o, təyyarəyə bilet almadı, şəxsi avtomobili ilə 2 gün maşınla yol getdi Antalyaya.

Deyir ki, bir fanta içiblər və Emin zəhərlənib. Vallah gülüncdür. 3 dəfə qaraciyərindən əməliyyat olan, hər gün qan qusan, qaraciyəri dəyişilən, müalicəsi üçün dəfələrlə xarici ölkədə olan, il boyu qızdırması olan adamın kimsə tərəfindən zəhərlənməsini demək gülüncdür. Axı Bəybala bunların hamısını bilir. Tez-tez dövlət orqanları deyir. Bir dövlət orqanları bunun dediklərin araşdırsınlar da...

Bəybala Hüseynovun digər ittiham etdiyi şəxs “Avanqard Travel”in rəhbəri Yeganə Nağıyeva
Bəybala Hüseynovun oğlunun ölümündə təqsirkar hesab etdiyi və bununla bağlı mətbuat orqanlarına açıqlamasında digər şəxsin “Avanqard Turizm” Agentliyinin rəhbəri Yeganə Nağıyeva olduğunu iddia edir. Onun sözlərinə görə, Yeganə Nağıyeva heç bir əsas olmadan Emin Hüseynova istirahətdə olduğu zaman, mənbəyi və mənşəyi məlum olmayan "Yaxtatur” gəzintisi hədiyyə etdirmiş və oğlunun zəhərləndirilməsi də elə o zaman baş vermişdir.
“Avanqard Turizm” Agentliyinin rəhbəri Yeganə Nağıyevaya bu məsələyə aydınlıq gətirməsi üçün müraciət etdik. Bu barədə danışan Yeganə Nağıyeva “Bəybala Hüseynov məni elə bir adamlara calaşdırırb ki, mən o insanların üzlərini həyatda belə görməmişəm. Nağıyev yoldaşımın soyadıdır. O, Şirvan rayonundandır. Özümün ata soyadım Həsənovadır. Bəybala Hüseynov Antalyada da bu işi qaldırdı, gördü bir şey çıxmır, indi burda başlayıb” dedi
Xanım Nağıyeva daha sonra digər suallarımıza da aydınlıq gətirib:

“Bəybala Hüseynovun “Heç oğlum Antalyaya getmək istəmirdi, onu turfirma göndərdi” kimi iddiasını cavablandırır:

"Mərhum Emin Hüseynov heç vaxt mənim şirkətimə gəlməyib. Bizdən turu onların sürücüsü Balakişi alıb. Emini ikinci dəfə idi səfərə göndərirdim. Məlum hadisədən bir il əvvəl bal ayına göndərmişdim. Bal aylarında fərdi taransferlə tur təşkil etmişdim, otaqlarını bəzətdirdim. Heç özü ilə şəxsi tanışlığım da olmayıb.. Mən öz işimi görmüşəm. Sadəcə Balakişi həmişə xahiş edirdi ki, müdürünün oğludur, elə edin narazı qalmasınlar. Antalya səfərində də yaxt-tur təşkil etmişəm, atası yapışıb həmin turdan. Bəybala müəlimin özü turist səfərində olmayıb, ona görə də başa düşmür. Bu sahədə adi bilgisi də yoxdur. Heç kim əvəlcədən bilmir ki, istirahət zamanı, yaxt-turu kim təşkil edib aparacaq. Dönə-dönə dedim ki, sizin bu işdə hansısa şübhəniz varsa, otelin kamera görüntülərinə baxın ki, kim gəlib aparıb, araşdırın. Həmin adamlar desin ki, Yeganəni tanıyıram. Mənim nəyimə lazımdı, yay dövrüdür, gündə yüzlərlə müştərim gəzməyə gedir. Absurd bir şeydir. Mənim nəyimə lazımdı onun oğlunun ölümünü təşkil etmək".

Daha sonra şirkət rəhbəri açıqlamasında bildirir ki, atası Eminin xəstə olduğunu bilə-bilə sığorta şirkətindən onun cənazəsinin gətirilmə pulunu ödəməyi tələb edib:

"O adamın qara ciyəri dəyişilmişdi, atası bunu açıb-ağartmır. Gedin "Atəşgah" sığorta şirkətindən öyrənin. Bizim etdiklərimizin qarşısında onun dedikləri adama qəribə gəlir. O mənə nə desə belə, övladını itirmiş valideyn kimi, başa düşməyə çalışırdım. Bu ölüm işi ilə bağlı dindirilmişəm. Heç o adam bildirməmişdi ki, oğlunda qara ciyər transplantasiyası olub. Deyir ki, guya qanında zəhərlənmə çıxıb. Gah dedi ki, gəlinim zəhərləyib. Öz gəlinindi, mənə aidiyyəti var? Onlar yaxtada heç yemək də yeməyiblər. Bəs onu mən necə zəhərlətdirə bilərəm? Zəhərlənsəydilər ikisi də zəhərlənərdilər”.

Digər “təqsirkar” Emin Hüseynovun həyat yoldaşı Elfira Hüseynova..

Sözgedən qətillə bağlı Bəybala Hüseynovun digər ittiham etdiyi şəxs isə gəlini, yəni oğlunun həyat yoldaşı Elfira Hüseynovadır. İttihama Bəybala Hüseynov belə səsləndirir:

“Əslində oğlum istirahətə heç getmək də istəmirdi. Onun həyat yoldaşı necə oldusa, Emini bu işə razı saldı. Hətta oğlum bir dəfə etiraz etmək istəyəndə, qaynanası dedi ki, qızım kiməsə söz verib. Amma kimə söz verib? Niyə mütləq getməli idi? Mən çox narahat idim və istəmirdim oğlum getsin”.

Bu ittihama isə onun gəlini Elfira Hüseynova belə cavab verir:

"Eminin anası da bilir ki, oğlu əvvəl Londona getmək istəyirdi. Bildirdilər ki, viza almaq 2-3 ay çəkəcək, Emin Bəybala müəllimin köməkçisi Balakişi adlı şəxslə məsləhətləşmişdi. Dəniz turunu isə özləri təşkil etdilər. Turizm şirkəti və onun rəhbərini tanımamışam. Artıq iki gün idi ki Antalyada istirahətdə idik, Balakişi müəllim vatsapla səsli mesaj göndərdi ki, tur var, sizi göndərmək istəyirlər. Biz Eminlə razılaşdıq. Bəybala müəllim deyir ki, guya yaxtada Eminə nəsə içirdiblər, amma orda biz ancaq fanta işmişik, onu da Emin mənə almışdı. Mən içmişəm, məndən sonra da eyni qabdan Emin. Başqa heç bir qida qəbul etməmişik. Bizi oteldən bələdçi gəlib götürüb, bir neçə saat yaxtada olmuşuq. Emin dünyasın dəyişən gün səhər saat 09 radələrində restorana gedib yemək yemişik, hər şey normal olub. Emin hətta atasına da zəng edib, telefona cavab verməyib. Sonra anasına yığıb, o da telefonu açmayıb. Sonra otağa gediblər, Emin "idmana gedib 20 dəqiqəyə qayıdıram” deyərək otaqdan çıxdı. Təxminən 30-40 dəqiqə sonra otağa zəng gəlib. Eminin halının pisləşməsini xəbər veriblər. Aşağı düşəndə artıq təcili yardım gəlmişdi. Həmin vaxt Emin özündə olmayıb, sudurqa vəziyyətində idi. Emini "Anadolu” özəl xəstəxanasına apardılar, ondan sonra Emini cəmi bir dəfə, reanimasiyada 5 dəqiqəlik görə bildim. Eminin ölümündən az əvvəl valideynlərinə zəng etməyini bilirəm, amma nə danışdıqlarından xəbərsizəm. Bir şey olsaydı, Emin mənə deyərdi. Eminin xəstəliyi vardı. 2012-ci ildə ona ciyər köçürülmüşdü. Bundan başqa mədəsindən qanaxma ilə Türkiyəyə aparmışdılar. Eminin sonra qızdırması, gecələr qaşınması olurdu, yata bilmirdi, onu həkimə göstərmirdilər. Emin rəhmətə gedəndən sonra qaynatamgil məni evdən qovmaq dərəcəsinə çatdırmışdılar. Bəybala müəllim evdən çıxdığım gün, yanvarın 18-də mənə təhdidedici sözlər dedi. Bildirdi ki, onu öldürəcəklər, sonra isə məni. Guya nəyisə gizlədirəm. Bu ittihamlara dözə bilmədim, bildirdim ki belə yaşaya bilmərəm. Allah bilir ki, biz əşyalarımızı götürüb ordan necə çıxmışıq. Qaynanam və qaynatam məni təhqir edirdilər, guya Eminə xəyanət etmişəm. Kim olsa çıxıb gedərdi. Əgər Eminin ölümündə əlim varsa sübut etsinlər”.

Məsləni araşdıran zaman 2013-cü ildə mərhum Emin Hüseynova donorluq edən dayısı oğlu Cavidan Musəvinin də ittiham olunduğuna rast gəldik. Bəybala Hüseynov iddia edir ki, oğlu dünyasın dəyişən zaman gəlinin xalasıoğlu (halbuki Cavidan mərhum Eminin Hüseynovun da dayısı oğludu) onun telefonunu suya ataraq məhv edib. Düzdü bir zamanlar yaşaması üçün öz qaraciyərindən keçmiş birisinin indi isə ölümünə səbəbkarlardan biri kimi qələmə verilən Cavidanı danışdırmaq mümükün olmasa da ağlımıza ilk gələn o oldu ki, Cavidan Musəvi niyə 3 il sonra doğma bibisi oğlunun ölümünü istəsin?

Qayıdaq Prokuroluğun məsələ ilə bəyanatına. Baş Prokurorluğun məsələ ilə bəyanatında xüsusi olaraq vurğulanır ki , “E.Hüseynovun ölümü ilə əlaqədar Türkiyə Respublikasında başlanmış cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair həmin dövlətin Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş beynəlxalq tapşırıqda mərhumun Antalya şəhərində “Lara Delphin Be Grand” otelinin idman zalında idmanla məğul olduğu zaman yıxılaraq huşunu itirdiyi, bir neçə gün xəstəxanada stasionar şəraitdə müalicə olunmasına baxmayaraq öldüyü qeyd olunmuşdur. Tapşrıqda bununla əlaqədar mərhumun meyitinin ekshumasiya edilməsi (meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmaqla müayinə edilməsi) və zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsi xahiş edilsə də, ölmüş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən mərhumun atası Hüseynov Bəybala Qaraş oğlu Baş Prokurorluğa ərizə ilə müraciət edərək bu istintaq hərəkətinin keçirilməsinə razılıq verməmişdir. Qeyd edilən xüsusatlardan əlavə, mərhumun atası Bəybala Hüseynovun Baş Prokurorluğa ünvanladığı ərizələrinə əlavə etdiyi Türkiyə Respublikasında istintaq prosesindən kənar keçirilmiş təkrar ekspertiza rəylərinin həqiqiliyini müəyyən etmək üçün həmin dövlətin səlahiyyətli orqanlarına, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinə sorğular ünvanlanmış, həmin qurumlardan daxil olmuş məlumatlarda arvadı Elfira Hüseynova tərəfindən icazə verilmədiyi üçün E.Hüseynovun meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından onun ölümünün səbəblərinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir”.

Prokurorluğun bəyanatında daha bir məqama diqqət yetirsək görərik ki, məsələ heç də Bəybala Hüseynovun hay- küy saldığı kimi deyil: Bəyanatda daha sonra deyilir: “Bununla yanaşı, Türkiyə Respublikasında aparılmış istintaqla da E.Hüseynovun öldürülməsi faktı müəyyən olunmamış, mərhumun səhhəti ilə bağlı əziyyət çəkməsi, 2013-cü ildə qaraciyər transplantasiyası, 2017-ci ildə daxili qanaxma diaqnozu ilə əməliyyat keçirməsindən sonra ağır idman növləri ilə məşğul olmasının qəfil ölümə səbəb ola biləcəyi istisna edilməmişdir”.

Bəli, bu Baş Prokurorluğun yaydığı bəyanat idi. Məlum bəyanatdan sonra Bəybala Hüseynov ciddi –cəhdlə vurğulayır ki, əgər bu adam xəstə idisə niyə bunu işə götürmüşdünüz. Jurnalist araşdırması zamanı mövcud qanunvericiliyə üz tutmağı qərara aldıq. Məlum oldu ki, "Dövlət qulluğu haqqında” qanuna müvafiq olaraq məsləhətçi vəzifəsinə təyinat üçün sağlamlıq tələbi yoxdur. Bu da o deməkdir ki mərhum Emin Hüseynovun vəzifəsi mülki olmaqla, dövlət qulluğunun ilk pilləsidir. Sağlamlıq tələbi prokurorluq işçisi və ya əməliyyat-axtarış fəaliyyəti subyektinin əməkdaşına, yəni hüquq-mühafizə və ya hərbi xidmət qulluqçularına münasibətdə tətbiq edilir. Və Bəybala Hüseynovun da mərhum oğlunun xidməti vəsiqəsini media səhifələrində paylaşması buna subutdur. Məsələnin ikinci tərəfi, əgər Bəybala Hüseynov qaraciyəri dəyişdirilmiş övladına sağlamlıq haqqında arayışı ala bilibsə buna işə götürən orqan nə etsin?

Qayıdaq yenidən Bəybala Hüseynovun səsləndirdiyi iddialara. Əgər doğurdan da onun oğlu Emin Hüseynov Türkiyədə zəhərlənibsə, onda onunla birgə olan həyat yoldaşı nə üçün zəhərlənməyib? Və yaxud da belə çıxır ki, Bəybala Hüseynovun gəlini və qaynı oğlu bu işdə “sifarişçi”nin köməkçiləri olublar. Bu necə qətldir ki, işin icraçıları və ya köməkçiləri olan Bəybala Hüseynovun yaxın qohumları heç bir motiv olmadan bu cinayətə gediblər??? Və zəhərlənmə doğurdan da olmuşdusa nəyə görə, Bəybala Hüseynov zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün mərhum oğlunun ekshumasiya edilməsi istintaq hərəkətinin keçirilməsinə razılıq verməmişdir??

Əslində verdiyi sərsəm bəyanatlar, absurd ittihamlarla “sarı” mətbuatın “kövrək” qəhrəmanlarından birinə çevrilən Badamdar bələdiyyəsinin sabiq sədri Bəybala Hüseynov özünü “qurban” qismində təqdim etməklə daha böyük güclərin çirkin maraqlarının “qurbanlığı” olduğunu sərgiləyir./Ölkə.Az