​"Emil bu səbəbə görə "O səs Türkiyə"dən uzaqlaşdırılıb" - Rəhman Rəhmanov

Baxış sayı:
9805

Əməkdar artist Rəhman Rəhmanov oğlu, müğənni Emil Rəhmanoğlunun "O səs Türkiyə" yarışmasından uzaqlaşdırılmasından danışıb. Aktyor "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində bildirib ki, onun və oğlunun yalan danışması barədə yazılanlar həqiqəti əks etdirmir: "Bu yaşa çatmışam, hələ yalan danışmamışam. Yalan danışan adam mənim birinci düşmənimdir. Dünən Tolik aparıcısı olduğu "Hər şey daxil" verilişində olmuşuq, bu barədə danışmışıq. İndi niyə belə qərəzli şeylər yazdıqlarını bilmirəm. Emil yerli telekanalların birində qonaq oldu və "O səs Türkiyə" barədə danışdı. Emili istəməyən adamlar görüntünü ora göndəriblər. Müqaviləyə əsasən Emil heç bir verilişə çıxa bilməzdi. Həmin verilişdən ora video göndərilib və onlar da Emili layihədən uzaqlaşdırıblar. Söhbətin əsl məğzi bundna ibarətdir. Halbuki oğlum yarışmanın birinci turunu uğurla keçmişdi". Qeyd edək ki, bəzi saytlarda E.Rəhmanovun "O səs Türkiyə" yarışmasından qovulduğu yazılıb.